Gəncə şəhər Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə muzeyin fəaliyyətinin 10 illiyinə həsr olunmuş “Nizami Gəncəvi Muzeyi, yeni məkanda – 10 il” adlı tədbir keçirilib. Tədbirdə, müəssisə rəhbərləri, ziyalılar, şəhər ictimaiyyəti və məktəblilər iştirak ediblər.
Əvvəlcə iştirakçılar Nizami Gəncəvinin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Tədbirdə muzeyin fəaliyyəti və burada qorunan eksponatlar barədə məlumat verilib. Gəncə şəhər 39 nömrəli tam orta məktəbin şagirdləri Nizami Gəncəvinin qəzəllərini səsləndiriblər. Bundan əlavə, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri tərəfindən Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş musiqi nömrələri ifa edilib.
Sonda iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olub, Nizami Gəncəvinin həyatı və yaradıcılığı barədə ətraflı məlumat əldə ediblər.




