Gəncə MDB-nin İdman Paytaxtı titulunu alıb

15 iyun MDB-nin İdman Paytaxtı SERTİFİKATI MDB-nin İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini cənab Manuçehir Hojizadə tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim olundu. Bununla da artıq Gəncə MDB-nin İdman Paytaxtı titulunu daşıyır!
MDB Oyunları (rus. Игры стран СНГ) — Müstəqil Dövlətlər Birliyi ölkələrinin idmançıları arasında keçirilən idman yarışıdır. Yarış ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. İkinci dəfə Belarusun paytaxtı Minskdə keçirilmiş yarışda MDB ölkələrindən əlavə olaraq başqa ölkələr də dəvət edilib. Üçüncü MDB Oyunlarının 2025-ci ildə Azərbaycanın Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Oyunlarda yaşı 23-dən az olan idmançılar iştirak edə bilərlər, Olimpiya və dünya çempionları da bu şərti ödəyirsə yarışlarda mübarizə apara bilərlər.
Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarına hazırlıq mərhələsi haqqında vaxtilə media nümayəndələrinə ətraflı məlumat verilib.
Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova Təşkilat Komitəsinin üzv qurumları, Gənclər və İdman Nazirliyi, BHŞ ilə birgə inzibati məsələlər, tədbir məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işlərininin davam etdirildiyini vurğulanıb: “Hər qəlbdə bir qələbə!” şüarı altında keçiriləcək III MDB Oyunları Azərbaycanın 7 bölgəsində – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq. Açılış və bağlanış mərasimi isə Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı gözlənilir. Tədbirə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulur”.
III MDB Oyunlarının rəsmi internet saytı da artıq fəaliyyət göstərməkdədir. Artıq istifadəyə verilən www.cisgames2025.com saytında tədbirlə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı ilə bağlı ən son yenilikləri əldə etmək mümkün olacaq.
III MDB Oyunları ilə əlaqədar Könüllü Proqramına start verilib. Proqram çərçivəsində paytaxt Bakı və əsasən də regionlardan 3000-ə yaxın könüllünün Oyunlara cəlb olunması gözlənilir. Qeyd etmək lazımdır ki, bölgələrdə bu istiqamətdə bir sıra tədbirlər görülür, gənclərlə maarifləndirici görüşlər keçirilir. Əsas məqsəd region gənclərinin bacarıqlarının inkişafına, onların beynəlxalq müstəvidə təcrübə və biliklərinin artmasına dəstək olmaqdır.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək.
Media nümayəndələrini maraqlandıran sualların ətraflı cavablandırılması üçün Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə rəsmi məktub ünvanlanacaqdır. Məqsəd Regional İdarənin bu sahədə atdığı əməli addımlar və görülən işlərə aydınlığın gətirilməsidir.

Ruhulla Zahidov,

Etmtv.news təhsil portalının baş redaktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.