Gəncə İdman Liseyində Zəfər Günü ilə bağlı möhtəşəm tədbir

Şagirdlərin vətənpərvərlik tərbiyəsi həmçinin, ümumtəhsil müəssisələrinin ən vacib təlim-tərbiyə proseslərindən biri sayılır. Müasir məktəblər təhsil alanların vətəndaş-vətənpərvər tərbiyəsinin qarşıya qoyduğu həyati vacibli məsələlərin həlli üçün bütün addımları atır. Bu tərbiyə istər tədrisdə, istərsə də, sinifdənxaric və məktəbdənkənar işlər zamanı yüksək çoşğunluqla həyata keçirilir.

Vətənpərvər vətəndaş tərbiyəsi bütün xalqlarda və cəmiyyətlərdə ən çox diqqət çəkən bir prosesdir. Bu gün təmsil etdiyimiz cəmiyyət bu tərbiyəyə daha çox üstünlük verməlidir. Bu, günümüzün əsas tələblərindən biridir.

Yeniyetmə və gənclərin vətənpərvər vətəndaş tərbiyəsi həmişə orta məktəblər qarşısında duran ən vacib işlərdən sayılmışdır. Məktəb aşağı siniflərdən başlayaraq şagirdlərdə bu hissləri formalaşdırır, onlar tədricən öz vətənlərini sevməyi, onun keçmişi və bu günü ilə fəxr etməyi, xalqına hörmət və məhəbbət hissləri bəsləməyi öyrənir, onlarda fəal vətəndaş mövqeyi formalaşdırılır. Bütün bu hisslər şagirdlərə dərslərdə, dərsdən kənar işlərdə və ictimai işlərdə fəaliyyət zamanı aşılanır.

Vətənpərvər vətəndaş tərbiyəsinin formalaşdırılmasında bir çox müvafiq fəaliyyət formalarının təşkilinə də yer verilir. Bütün bunlar sözsüz ki, bu tərbiyənin səviyyəsinin artırılmasına öz töfhəsini verir.

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində idmanın da rolu böyükdür. Hər şeydən əvvəl, idman komandaları tərbiyə sisteminin qarşıya qoyduğu, demək olar ki, bütün vəzifə bə tapşırıqları kompleks şəkildə yerinə yetirir. Bu oyunlar öz tərbiyəvi əhəmiyyəti ilə digər tərbiyəvi vasitələr arasında seçilir.

Hərbi-vətənpərvərlik tərbiyəsi gənclərimizi vacib mənəvi-psixoloji keyfiyyətlərlə silahlandırır. Bu keyfiyyətlər vətənin gələcək müdafiəçiləri kimi, dinc dövrün insanlarına da lazımdır. Bu iş pedaqoqlar qarşısında duran məsuliyyətli və ciddi vəzifələrdəndir. Hər bir müəllim öz sahəsində müasir şagirdlərə bütün mövcud metod və vasitələrlə vətənpərvərlik hisslərini aşılamalı, onları Azərbaycanın ərazi bütövlüyünü gələcəkdə layiqincə qorumağa, doğma Vətəninə, Dövlətinə, Milli Orduya məhəbbət ruhunda yaşayıb yaratmağa çağırmalıdır.

Gəncə İdman Liseyi məktəblilərlə vətənpərvərlik işini bu istiqamətdə qurur, gənc nəslə təcrübədən keçmiş üsullarla dövlətimizin əbədiliyini və gücünü təlqin edir. Liseydə vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi işi tədris ili boyunca lazımı səviyyədə aparılır və öz müsbət nəticələrini verir. Görülən bütün işlər son nəticələrə – öz vətəninin vətənpərvərləri olacaq yeniyetmə və gənclərin vətəndaş tərbiyəsinə istiqamətlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.