Gəncə İdman Liseyində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

Gəncə İdman Liseyində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir şəhid ailələrinin və qazilərin iştirakı ilə xüsusi bir ruhda, qürur və minnətdarlıq hissi ilə keçdi.

Liseyin direktoru Mühman Allahverdiyev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, müharibə iştirakçılarını və əlillərini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb. Öncə dəvəti qəbul edib bayram tədbirinə gəldiklərinə görə şəhid ailələrinə və qazilərə minnətdarlığını bildirib. Bu gün xalqımızın Azərbaycanın şanlı səhifələrindən olan Zəfər Gününü qürurla, 30 illik həsrətdən sonra doğma torpaqları azad edilən ölkənin vətəndaşı olaraq qeyd etdiyimizi vurğulayıb. Bu şanlı Zəfərə, tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında torpaqlarımızı azad edən oğullarımıza, canlarını Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu söyləyib. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İyul döyüşləri, 44 günlük Vətən müharibəsində, eləcə də sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə düşmən təxribatının qarşısını alan zaman şəhid olan qəhrəman oğullarımızın heç zaman unudulmayacağını bildirib. Mehman müəllim qeyd edib ki, bugünkü bayram tədbirinin təşkil olunmasında əsas məqsədin şəhidlərimizə olan hörmət və ehtiramı bir daha göstərmək, daim şəhid ailələrinin, qazilərimizin yanlarında olduğumuzu çatdırmaqdır.

Tədbir liseyin şagirdlərinin hazırladığı möhtəşəm konsert proqramı ilə davam edib, ifa etdikləri mahnılar tədbirə toplaşanlara xoş anlar yaşadıb.

Tədbirdə çıxış edən qonaqlar qəhrəmanlarımızın fədakarlığı sayəsində bu torpaqlarda qalib xalqın övladları kimi yaşadığımızı qeyd etdilər.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə sağlam və uzun ömür arzulayırıq!

8 Noyabr – Zəfər Günümüz mübarək!

Zəfər bizimdir – Azərbaycan qürur duyur!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.