Gəncə Dövlət Universitetinin “ÜTF və Texnologiya” kafedrasının müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olundu

TCS şirkəti  2007-ci  ildən  bəri istər daxili, istərsə də xarici bazarda dövlət qurumları və özəl şirkətlər üçün peşəkar xidmətlər göstərməyi, eləcə də ekspert rəyi verməyi hədəf götürmüş beynəlxalq təşkilatdır. TCS işçilərin və avadanlıqların sertifikatlaşdırılmış olmasına xüsusi önəm verilən bir çox sənaye sahələrində Beynəlxalq Akkreditasiyaların tələblərinə uyğun Təlim, Tədris və Mühəndis Xidmətləri ilə məşğul olur. Şirkət 2022-ci ildən start verdiyi “Universitetlərdə müəllim və tələbələrin beynəlxaq standartlarla tanışlığı” çərçivəsində bu ilin aprel-may aylarında Gəncə Dövlət Universitenin “ÜTF və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadovun təşəbbüsü ilə kafedranın müəllim heyətinə  “Təlimçinin Təlimi” və “Beynəlxalq SƏTƏMM” təlimləri keçirilmişdir. Təlimin əsas məqsədi ixtisaslı müəllimlərin beynəlxalq standart və qaydalarla tanışlığı, tətbiqi və inkişafı olmuşdur.

Qeyd edək ki, “SƏTƏMM- Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” fənni universitetimizin bir neçə ixtisasında “ÜTF və texnologiya” kafedrasının müəllimləri tərəfindən tələbələrə tədris olunur. Fənnə aid dərs vəsaiti də həmin kafedrada hazırlanmış və nəşr olunmuşdur. Ona görə  də bu təlimlər TCS MMC-nin təcrübəli təlimçiləri tərəfəfindən kafedranın müəllimlərinə keçirilmiş və sonda biliklərin yoxlanılması prosesi aparılmışdır.   

Kafedranın müəllimləri  bu təlimdə çox fəal şəkildə iştirak etmişdir.

Təlimləri uğurla bitirən müəllimlərin hər biri biliklərin yoxlanılması prosesindən sonra 3 ədəd Beynəlxaq Sertifikat “Təlimçinin Təlimi”, “İOSH” və “SƏTƏMM üzrə Beynəlxalq Təlim” sertifikatlarına layiq görülmüşdür.

12 oktyabr 2024-cü il tarixdə  TCS şirkətinin rəhbərliyi tərəfindən Gəncə Dövlət Universitetində “ÜTF və texnologiya” kafedrasının müəllimlərinə həmin sertifikatların təqdim olunma mərasimi keçirilmişdir.

Mərasimdə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent  Gülsüm Fətəliyeva, kafedranın müdiri, dosent Elçin Cavadov iştirak etmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.