Gəncə Dövlət Milli DramTeatrı Gürcüstanda keçirilən Beynəlxalq Festivalda mükafata layiq görülüb

Gürcüstanda keçirilən və on gün davam edən “Nodar Dumbadze – Gürcü Ədəbiyyatı” adlı beynəlxalq teatr festivalında Azərbaycan, İspaniya, Özbəkistan, Qazaxıstan, İsrail və Yunanıstan teatrları ilə yanaşı, 15 yerli gürcü teatr kollektivi iştirak edib. Festival çərçivəsində tamaşaçılara ümumilikdə 21 tamaşa təqdim olunub. Tamaşalar Nodar Dumbadzenin və digər gürcü klassiklərinin əsərləri əsasında səhnələşdirilib.

Festivalda Azərbaycanı təmsil edən Gəncə Dövlət Milli Dram Teatrı, Aleksandr Tsutsunava adına Ozurqeti Dövlət Dram Teatrı ilə birgə hazırladıqları Nodar Dumbadzenin “Kukaraça” əsəri əsasında səhnələşdirilən tamaşa ilə çıxış edib. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Bu uğurlu müştərək layihə festivalın “Ən yaxşı müştərək layihə” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata, diplom və hədiyyələrə layiq görülüb.

Tamaşanın bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, layihə koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərov, quruluşçu rejissoru Gürcüstanın Əməkdar İncəsənət Xadimi Vasili Ciqoqidze, quruluşçu rəssamı isə Lomqul Murusidzedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.