Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları festivalında çıxış edəcək

Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları festivalında çıxış edəcək

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət KuklaTeatrının yaradıcı kollektivi 21-25 oktyabr 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Almatı II Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək.

Teatr festivala Rəsul Rzanın ‘Ana Qaz’ şeirinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə qatılacaq.

Festivalda Azərbaycanı təmsil edən Gəncə Dövlət Kukla Teatrı ilə yanaşı Türkiyə, İtaliya, Çin, Rusiya, Bolqarıstan, Polşa, İran, Özbəkistan və Qazaxıstanın kukla teatrları qatılacaqlar.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Gəncə Dövlət Kukla teatrının baş rejissoru, prezident mükafatçısı Şamil Məmmədli, xareoqrafı respublikanın əməkdar artisti, prezident mükafatçısı Fərmail Paşayev, quruluşçu rəssamı Məhəmməd Hacıyevdir.

Tamaşada əsas rolları Zülfiyyə Əliyeva, Şamil Məmmədli, Nahidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova və Məhəmməd Hacıyev ifa edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.