Gəncliyini təhsilə, elmə həsr etmiş müəllim

Bayramova Günay Firdovsi qızı 2006-cı ildən Gəncə şəhər 18 saylı tam orta məktəbdə informatika müəllimi vəzifəsində çalışır. 2008-ci ildə “Mədəd” humanitar təşkilatı tərəfindən “İnformasiya və kommunikasiya texnologiyalarının təhsilə tətbiqi” çərçivəsində hazırladığı elektron təhsil resursları qalib olmuş və fəxri fərman və mükafatla təltif olunmuşdur. 2008-ci ildə Online Canlı Hüquq layihəsinin uğurla başlanıb-nəticələnməsində göstərdiyi fəallığa görə təşəkkürnamə ilə təltif olunmuşdur. “İrəli İctimai Birliyi”, “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi”, “Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirliyi”, “HP şirkəti”, “Microsoft Azərbaycan” şirkəti, “Bestcompqrup şirkəti”, “Yumroo” şirkəti və “1 News” informasiya agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində keçirilmiş “Kompyuter və İnformatikanın əsasları” adlı təlim kursunda iştirak etmiş, 2013-2014cü tədris ilində “İlin ən yaxşı sinif rəhbəri” adlı Fəxri Fərmanla təltif olunmuş, “Şagirdlərdə milli-vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə nümunəvi dərs vermiş və həmin dərsə görə Gəncə Şəhər Təhsil İdarəsi  tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Bundan başqa STEM layihələrə və Vebinarlara qatılmış və bu sahədə də uğur qazanaraq Sertifikatlarla təltif olunmuşdur. Sonra Layihə İdarəçilik Akademiyasının təlimində iştirak edərək Sertifikat əldə etmişdir. Məktəb rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmanla təltif olunub. “İnnovate your Dreams-2019” Beynəlxalq layihəsində iştirak edib. 2019-cu İldə “My magical dust” adlı beynəlxalq layihədə layihə koordinatoru olaraq Azərbaycandan 20-yə yaxın müəllimi cəlb etmişdir.2018-2019 tədris ilinin sonunda məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 2019-cu ildə Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsində  “Robotexnika ilə gələcəyimizi dəyişək” adlı layihəsinin qalib olaraq ilk dəfə olaraq Gəncə şəhərində layihə çərçivəsində “Lego Education Wedo 2.0”setləri ilə iş” təlimini təşkil edərək 15 müəllimi cəlb etmişdir.

Günay müəlliməyə Pedaqoji fəaliyyətində uğurlar diləyir,  təhsildə daha böyük nailiyyətlərə imza atmasını arzulayırıq!

Aqşin Kazımov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.