“Gəncliyin səsi” festivalı çərçivəsində Masallıda tədbir keçirilib

4 fevral 2019-cu il tarixində  Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Gənclər günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının növbəti tədbiri Masallı “ASAN həyat” kompleksindəki Kinoklubda  reallaşıb.

Festival çərçivəsində təşkil olunan tədbirdə gənc rejissorlarla görüş keçirilib və onların filmlərinin nümayişi olub.

Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova və gənc rejissor  Murad Quliyev bir neçə ildir ki, Dövlət Agentliyi ilə birgə reallaşdırılan festivalın  gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, onların əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıdığını qeyd etmişdir.

Daha sonra Kinoklubda gənc rejissorlar Murad Quliyev və Zamin Məmmədovun “Debüt”  studiyasında  istehsal olunan  “Yol ayrıcında qalmış taksi” və “Onun atası” adlı qısametrajlı filmləri nümayiş etdirilib.
Film haqqında müzakirələrlə davam edən tədbir yüksək maraqla qarşılanıb.

Qeyd edək ki, fevralın 5-dək davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, görüşlər və tamaşa nümayişləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.