Gənclər Fondunun dəstəyi ilə innovativ “Data SoCool” layihəsi keçirilir!

Data SoCool analitika təlim-kurs layihəsi gənclərə analitika proqramlarının əslində, heç də bir çox gəncin düşündüyü kimi çətin olmadığını və onların bu sahəni öyrənməklə unikal kadra çevriləcəkləri fikirlərini aşılamağı özünə hədəf seçmiş sosial layihədir.
Hər gün əmək bazarında data analitiklərinə tələb artır. Data SoCool ətrafına ən çox tələb olunan proqramlar üzrə gənc mütəxəssislər toplayaraq əmək bazarında tələbin artdığı analitiklər yetişdirmək üçün çalışmaqdadır.
Layihə çərçivəsində analitika sahəsində ən çox istifadə olunan Excel, Power BI, SPSS və Tableau proqramları üzrə bilik və bacarıqlar öyrədiləcəkdir. İştirakçıların praktiki bacarıqlarının formalaşması üçün təlimlər izahlarla yanaşı tam praktiki çalışmalar və ev tapşırıqları ilə iştirakçılarda bu proqramlardan sərbəst istifadə etmə səriştəsi yaradacaqdır.
Əgər siz də analitik olmaq istəyirsinizsə, layihəyə qoşularaq peşəkar səriştələr əldə edib, əmək bazarında axtarılan kadra çevrilə bilərsiniz.

Data SoCool Aytac Alıyevanın fərdi layihəsi olaraq Azərbaycan Respublikası  Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.

Həmçinin, Microsoft Azərbaycan, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, “ASAN Kadr” Karyera Mərkəzi, “Odlar Yurdu” Gənclər İctimai Birliyi və Buqelemun.com Təhsil Portalı da layihənin tərəfdaşları sırasındadır.

Daha ətraflı məlumat əldə etmək,iştirak üçün müraciət, suallarınızı yönləndirmək və yeniliklərdən məlumatlı olmaq üçün layihənin sosial şəbəkə hesablarını izləyin.
https://www.facebook.com/datasocool/
https://www.linkedin.com/company/data-socool

#DataSoCool #AzGF #GenclerFondu #OYGİB #Barama #Microsoft #ASANKadr #Buqelemun  #dataanalitikasi #younganalysts #analitikaazerbaycan

Ruslan Vəliyev, Aqrobiznes və İdarəetmə fakultəsinin Menecment ixtisasısının 3 kurs tələbəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.