Gənclər arasında vətənpərvərliyin təbliği  işi  – Reallıq

Etmtv. news portalı  hazırladığı  “Gənclər arasında vətənpərvərliyin təbliği  işi  və reallıq”  başlıqlı yazı üçün Regional Mədəniyyət İdarələrinə suallar ünvanlamışdır. Yazını faktlar ilə zənginləşdirmək və  günümüzün reallığını özündə əks etdirəcək cavabları almaq ümidilə suallar ilə onlara müraciət etməyi qərara aldıq. Ümid edirdik ki, bu suallara yaxın günlərdə  və ətraflı cavablar veriləcəkdir. Onların bəzilərindən cavabları hələ də gözləyirik. Yəqin nə yazmağı,  necə yazmağı… fikirləşirlər. Olsun!

Şəmkir Regional Mədəniyyət İdarəsindən aldığımız cavabları sizlərə təqdim edirik.

Onu da qeyd edək ki, bu,  Şəmkir Regional Mədəniyyət İdarəsindən  bu dövrəcən aldığımız yeganə  savadlı yazıdır.   İdarənin rəisi Zöhrab Adıgözəlova öz təşəkkürümüzü bildiririk.

 

Etmtv.news portalının təsisçisi,

baş redaktoru Ruhulla Zahidova

 

Hörmətli Ruhulla müəllim,

Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlayır. Milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı,milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Mənəvi dəyərlər sisteminin əsasını ailə, insansevərlik, mərhəmət, əxlaq, sülhsevərlik, xeyirxahlıq, vətənpərvərlik, dini dəyərlərə hörmət təşkil edir. Bu dəyərlərin qorunması daim dövlətimizin diqqət mərkəzindədir. Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə milli–mənəvi dəyərlər geniş şəkildə təbliğ olunur. Belə ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə “Milli tariximiz,ənənələrimiz, dəyərlərimiz”,”Cənnət görmək istəyən Azərbaycana gəlsin”,”Heydər Əliyev və Milli mənəvi dəyərlər”,”Azərbaycan tolerant ölkədir”,”Gənc nəsil və milli mənəvi dəyərlər”,”Ana dilim, ulu dilim”,”Novruzun adət və ənənələri”,”Novruzum yazım mənim”,”Zəfər baharı” başlıqları altında sərgilər,söhbətlər,dəyirmi masalar,informasiya günləri,ədəbi-bədii gecələr keçirilmiş,videoçarxlar hazırlanmış,slaydlar təqdim olunmuşdur.

Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm vəzifələrdən biridir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində Şəmkir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrdə lazımi işlər aparılır. Regionun kitabxanalarında uşaqlarla Vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər aparılır. Belə söhbətlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Kitabxanalarda mütəmadi olaraq şagirdələrin iştirakı ilə pandemiya qaydalarına riayət edilməklə bayram tədbirləri qeyd edilir, hərbi hissələrə, tarixi  abidələrə ziyarətlər təşkil olunur.Qarabağ müharibəsinin veteranları və Azərbaycan ordusunun nümunəvi əsgərləri ilə görüşlər keçirilir.Vətənpərvərlik mövzularında söhbətlər aparmaq, ədəbi-bədii gecələr, müzakirələr keçirmək, fotosərgilər, fotoalbomlar,videoçarxlar hazırlamaq  şagirdlərə vətən sevgisi aşılayır.

44 günlük Vətən müharibəsində yurdumuzun vətənpərvər oğulları  dəmir yumruq kimi birləşərək, düşmənə qarşı birgə mübarizə apardılar. Məhz bunların nəticəsidir ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılğı və vətənpərvər gənclərin iştirakı ilə 08 Sentyabr 2021-ci il tarixində Şəmkir şəhər parkında Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbənin 1 illiyinə həsr olunmuş “Xalqın Zəfəri” adlı İncəsənət Sərgisi keçirilmişdir. Sərgidə Regional İdarənin əhatə etdiyi Şəmkir, Daşkəsən, Göygöl və Gədəbəy rayonlarından olan istedadlı gənclərinin əl işləri, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın portretləri, həmçinin müxtəlif mövzularda olan rəsm əsərləri nümayiş olunmuşdur. Bunlar içərisində 44 günlük müharibənin devizinə çevrilmiş “Dəmir Yumruq” Şəmkir rayonundan olan şəhidlərin taxta üzərində yandırma üsulu ilə şəkilləri olan “Əbədiyyət simvolu” kompozisiyası, “Lələtəpə” yüksəkliyini, həmçinin 44 günlük müharibə dövrünə aid olan və başqa mövzularda olan maketlər, səhnələr yer almışdır. Həmçinin ulu öndər Heydər Əliyevin müxtəlif əşyalardan ibarət maraqlı portreti hazırlanmışdır. Bu sərgidə Regionda ilk dəfə olaraq kölgə sənəti nümayiş etdirilmişdir. Milli Qəhrəmanımız Polad Həşimovun portreti kölgə sənəti vasitəsilə əks olunmuşdur.

44 günlük Vətən Müharibəsi iştirakçılarının təbliği və tanıdılması məqsədi ilə müxtəlif layihələr,tədbirlər həyata keçirilir.“Qarabağ Azərbaycandır”,”Qəhrəmanlarımızı tanıyaq”,”Xalqın Zəfəri incəsənət əsərlərində”, “Tarix yazan qəhrəmanlar“, “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ ,“Şəhidlər unudulmur”  başlıqları altında keçirilən layihələrdə Şəmkir Regional Mədəniyyət İdarəsinin  tabeliyində fəaliyyət göstərən  müəssisələr də   fəal iştirak edir.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. 44 günlük İkinci  Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünya ya səs saldı. Müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və müqayisə olunmayan döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı.Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik  və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt yenilməyəcək,daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaq.İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində böyük xidmət və rəşadət göstərəcəkdir.

Şəmkir Regional Mədəniyyət İdarəsinin  əhatə etdiyi Daşkəsən, Gədəbəy,Göygöl və Şəmkir rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində şəhər,qəsəbə və kənd kitabxana fiiliallarında vətənpərvərliyin,humanizmin,mübarizliyin gənclər və uşaqlar arasında təbliği yolunda “Qarabağ Azərbaycandır”,Tarix yazan qəhrəmanlarımız”,”Vətən sağ oldu! Vətən tam oldu!”,”Şəhidlər ölməz ,vətən bölünməz”Zəfər tariximiz” və.s bu kimi başlıqlar altında mütəmadi pandemiya qaydalarına uyğun şəraitdə sərgilər,söhbətlər,anım günü,dəyirmi masalar  və qazilərlə görüşlər təşkil edilmişdir.

Vətən müharibəsi böyük qələbəmizin ən şanlı səhifələrindən biridir.Ölməz şəhidlərin xatirəsini ehtiramla yad etmək hər bir kəsin vətəndaşlıq borcudur. Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarxlar hazırlamış,həmçinin şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilmiş,onlara maddi və mənəvi dəstək göstərilmişdir. Regionun əhatə etdiyi  Şəmkir ,Daşkəsən ,Gədəbəy və Göygöl rayonlarınınMərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər ,qəsəbə və kənd kitabxana filiallarında, Mədəniyyət Mərkəzləri və fiallarında, Muzey və Mərkəzlərdə, Uşaq Musiqi və İncəsənət məktəblərində şəhidlərimizin əziz xatirəsini əks etdirən “Qarabağ Azərbaycandır” adlı guşə hazırlanmışdır.Eyni zamanda muzeylərdə birinci və ikinci Qarabağ müharibəsi qəhrəmanlarının şəxsi əşyaları eksponat kimi nümayiş etdirilir.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirdi. Şanlı ordumuz , igid Azərbaycan oğulları bir saniyə belə tərəddüd etmədən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü müdrik siyasətə arxalanaraq,doğma Qarabağın Erməni təcavüzkarlarının caynağından azad olunması uğrunda döyüşlərə atıldı və tarixlərə yazılan qələbəyə imza atdı. Hal- hazırda Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə “Şəhidlər unudulmur” layihəsi həyatakeçirilir.Layihə əsasında şəhidlərə həsr olunmuş videoçarxlar, informasiya məktubları hazırlanaraq geniş kütləyə təqdim olunur.

Layihə əsasında hər bir şəhid ailəsi ilə əlaqə saxlanılır,ailə üzvləri ilə görüşlər təşkil olunur,onlara həm maddi,həm də mənəvi dəstək göstərilir.Hal-hazırda Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən  şəhid və qazi aillərinin işlə bağlı müraciətlərinə yerindəcə baxılır, müvafiq işlə təmin olunurlar.“Şəhidlər unudulmur”  aksiyası çərçivəsində vətən yolunda canından keçən oğullarımızın əziz xatirəsi yad edilir, onların keçdikləri odlu-alovlu döyüş yolu və gənclərə örnək həyatları barəsində informasiyanı  istifadəçilərə çatdırır, yubiley yaşı tamam olan Milli Qəhrəmanlar və Vətən Müharibəsi qəhrəmanları haqqında məlumat hazırlanıb geniş auditoriyaya təqdim edilir. Bunula yanaşı gənclər  və məktəblilər də bu cür tədbir və layihələrdə fəal çıxış edir, öz şeir və nəğmələrini  təqdim edirlər.Eyni zamanda “Şəmkir Şəhidləri”, “ 2840 şəhidin bir bacısı” , “ Milli Qəhrəmanlar”, “ Polad Həşimov”, “Müzəffər Ali Baş Komandan“ başlığı altında onlayn tədbirlər  keçirilmiş, videoçarxlar fotostendlər və sərgilər təşkil olunmuşdur.Şəmkir Regional Mədəniyyət İdarəsinin əməkdaşları tərəfindən  44 günlük Vətən Müharibəsinin iştirakçiları və qaziləri ilə onlayn söhbətlər də  aparılmışdır.

      1941-1945 ci illər müharibəsi   də  xalqımızın  tarixinin  bir hissəsidir . Müharibə  illərində cəbhəyə  Şəmkir  rayonu  üzrə  15 min nəfərdən  artıq adam  səfərbər  olunmuşdur. Bu müharibədə Azərbaycanlılardan  121  nəfəri  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq görülmüşdür. Bunlardan  ilk  dəfə  bu  ada  layiq  görülən  Şəmkir  rayonunun   Qapanlı kəndində anadan  olmuş İsrafil   Məmmədovdur. Hal-hazırda Şəmkir  şəhərinin mərkəzi   küçələrindən biri  İsrafil   Məmmədovun  adını  daşıyır. Eyni zamanda Qapanlı kənd tam orta məktəbinə onun adı verilmiş, həmçinin doğulduğu Qapanlı kəndində  qəhrəmanın büstü qoyulmuşdur. Şəmkir  rayon  Tarix- Diyarşünaslıq muzeyinin  ekspozisiyası  qurularkən   muzeydə “Qəhrəmanlarımız” adı altında  guşə yaradılmış və bu guşədə   İsrafil   Məmmədovun  şəkli də yer almışdır. Muzeyə  gələn  məktəblilər  və  əhalinin  müxtəlif  təbəqələri  burada İsrafil Məmmədovun  həyatı  ilə  yaxından  tanış olurlar.Qəhrəmanın xatirəsini yad etmək üçün mədəniyyət müəssisələrində 9 May Qələbə günü münasibəti ilə müxtəlif başlıqlar altında tədbirlər həyata keçirilir.

Qeyd: Verilən suala cavab olaraq qeyd edək ki, memorialların,abidələrin pasportlaşdırılması işi Şəmkir Regional Mədəniyyət İdarəsinin səlahiyyətlərinə aid  deyil. Nəzərə almağınızı xahiş edirəm.

Zöhrab Adıgözəlov, Şəmkir Regional Mədəniyyət  İdarəsinin rəisi.                                           

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.