Gənc rəssamın fərdi sərgisi açılıb

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında gənc rəssam Cəmilə Abdulzadənin “Duyğulara rəng qatanda” adlı ilk fərdi rəsm sərgisi açılıb.

Sərgidə oxucular, məktəblilər, rəssamın ailə üzvləri və yaxınları iştirak ediblər.

Tədbiri kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq gənc rəssama uğurlarının davamlı olmasını və kitabxananın hər zaman istedadlı gənclərin üzə çıxarılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.

Sərgidə rəssam haqqında videoçarx nümayiş olunub. Gənc rəssamın sevincini paylaşmağa gələn yaxınları onu təbrik edərək ən xoş arzularını bildiriblər.

Qeyd edək ki, sərgi sentyabrın 27-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.