Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc aktyorlar” dərnəyinin rəhbəri Xanım İsmayılova Azərbaycanın görkəmli şairi və dramaturqu Abdulla Şaiqin “Danışan kukla” pyesini tamaşaya qoyub.
Tədbirin əvvəlində Abdulla Şaiqin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Sonra gənc aktyorlar hazırladıqları tamaşanı nümayiş etdiriblər.
Tədbirdə Abdulla Şaiqin ev muzeyinin direktoru və yazıçının nəvəsi Ülkər Talıbzadə, Azərbaycan Dövlət Teatr Muzeyinin şöbə müdiri Mətanət Dadaşova, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları və “ARB Günəş” televiziya kanalının əməkdaşları iştirak ediblər.