Gəncənin yüksək bal toplayan bir qrup məzunları Prezident təqaüdünə layiq görülüblər
Prezident İlham Əliyev 2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhər üzrə tabeliyində fəaliyyət göstərən məktəblərin məzunları da yer alıb.
Belə ki, 30 nömrəli tam orta məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı (697 bal), 39 nömrəli məktəbin məzunları Hüseynova Nuray Emin qızı (697 bal), Həsənov Fizuli Vüqar oğlu (686.4 bal), 18 nömrəli tam orta məktəbin məzunu Məmmədzadə Mələk Cabir qızı (682.5 bal) və 16 nömrəli tam orta məktəbin məzunu Hüseynova Pakizə Namil qızı (681.6 bal) Prezident təqaüdünə layiq görülüblər.
Qeyd edək ki, bu il Gəncə şəhəri üzrə 102 məzun 600-dən yüksək bal toplayıblar.