Gəncəni ballistik raket atəşinə tutmasından 4 il ötür

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raket atəşinə tutmasından 4 il ötür.

17 oktyabr 2020-ci il tarixdə gecə saat 01:00 radələrində Ermənistan ərazisindən atılan raketlər nəticəsində Gəncə şəhəri, Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində, 6-sı uşaq olmaqla 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, həmin küçələrdə yerləşən fərdi yaşayış evləri dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Həmçinin, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb.
ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.