Gəncədə Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Gəncədə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib.
Fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə reallaşıb.
Heydər Əliyev meydanında baş tutan fləşmobda qazilər, universitet və kollec tələbələri, gənclər təşkilatlarının fəal üzvləri iştirak ediblər. İki minə yaxın gənc Azərbaycanın xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısı olan canlı simvol yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.