Gəncədə “Yerin pərdəsidir, göyün simləri,kükrəyən, çağlayan ruhdu Ələsgər” adlı musiqili, ədəbi-bədii gecə təşkil olundu

Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında hikmət dolu, nəsihət dolu əsəsrlər yaradan el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Yerin pərdəsidir, göyün simləri,kükrəyən, çağlayan ruhdu Ələsgər” adlı musiqili, ədəbi-bədii gecə təşkil olundu.
Tədbirdə ilk öncə Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri açan MKS-nin direktor əvəzi Fəridə Qədimova qonaqları salamladı: Və “ Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının barlı-bəhərli bir ağacdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar dərəcək…” mövzusunda çıxış etdi.
Oxu zaının müdiri Aidə Abdullayeva Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verdi.
Aşıq Ələsgər gecəsinə qonaq qismində dəvət almış GDU-nun Pedaqoji fakultənin dekanı Bayram Apoyev “Aşıq Ələsgər poeziyasında təbiət təsvirləri” mövzusunda maraqlı çıxış etdi. Gecədə həmçinin Göy-Göl Təhsil İdarəsinin rəis müavini, şair Salman Balakişiyev , yazıçı, jurnalist, dramaturq, publisist və ictimai xadim Nüşabə Əsəd Məmmədli Aşıq Ələsgər haqqında babasından eşitdiyi xatirələrindən, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, təqaüddə olan dil- ədəbiyyat müəllimi Validə Hüseynova, Əməkdar Mədəniyyət işçisi, şair Bəxtiyar Muradov, AYB Gəncə bölməsinin üzvü, şair İmamverdi Məmmədov , Aşıq Ələsgər ustadı Aşıq Alı şəcərəsindən olan Taleh Əlioğlu, Aşıq Ələsgərin nəticəsi Firuzə Ələsgərli Aşıq Ələsgərin yaradıcılığından, onun malik olduğu güclü yaddaşından, Aşıq Ələsgərin öz millətinə, xalqına, dünya mədəniyyətinə irs qoyub getdiyi zəngin xəzinəsindən, Aşıq Ələsgər yaradıcılığının mövzu baxımından rəngarənliyindən, onun təbiət haqqında yazdığı dastanlardan, vətənin gözəlliyini tərənnüm etdiyi əsərlərindən maraqlı çıxışlar etdilər.
Bəstəkarlar Bayram Hüseynli, Qəmbər Hüseynli, Səid Rüstəmov, Hacı Xanməmmədov və başqaları Açıq Ələsgərin əsərlərinə dillər əzbəri olan musiqilər bəstələmişlər. Tədbirdə iştirak edən musiqili qonaqlar Azərbaycan Aşıqlar Birliyi Gəncəbasar bölməsinin sədri Aşıq İlqar Nəcəfoğlu “Göyçəgülü”, aşıq Yolçu Salmanlı, aşıq Vaqif İbraqhimov və balabanda onları müşayət edən Qarabağ qazisi Yaşar Abbasov, Dəliməmmədli şəhər M.Zeynalov adına orta məktəbin müəllimi Afət Rzayevanın rəhbərliyi ilə tələbəsi Elman Məmmədov Aşıq Ələsgərin şeirlərinə bəstələnmiş nəğmələr ifa etdilər. Mərhum şair Təcnis Rəhim Qurbaninin nəvəsi Sahilə Səfərova babasının Aşıq Ələsgərə ithaf etdiyi şeirlə çıxış etdi.
Tədbirdə GDU-nun tələbələri və fəal oxucular iştirak edirdilər. Tədbir boyunca sənətkarın şeirləri saz musiqisinin sədaları altında ifa edildi.
Tədbirin sonunda MKS-nin direktor əvəzi Fəridə Qədimova gecənin bütün iştirakçılarına öz dərin minnətdarlığını bildirdi və belə silsilə tədbirlərin davamlı olacağını xüsusilə vurğuladı . Tədbir yerli Kəpəz TV” kanalı vasitəsilə işıqlandırıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.