Gəncədə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan silsilə tədbirlər keçirilir

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilir.
Fevralın 25-də Gəncə şəhərində fəaliyyət göstərən dini icmalarda “Xocalı faciəsi”nin otuzuncu ildönümü ilə bağlı ayin və mərasimlər keçirilib. Dini mərasimlərdə Yəhudi dini icması, Yeddinci günün adventistləri xristian dini icması, Rus provaslav dini icması, həmçinin şəhərdə fəaliyyət göstərən islamyönümlü dini icmalar tərəfindən dualar oxunub, dini ayinlər icra olunub.
Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialında “Xocalı faciəsi türk dünyasının faciəsidir”, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət”, Gəncə Şəhər Təhsil İdarəsinin dəstəyi, Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Xocalını unutmadıq, unutmayacağıq” adlı silsilə tədbirlər həyata keçirilib.
Tədbirlərdə Xocalı qurbanlarının və Vətən müharibəsi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımı haqqında geniş məlumat verilib, dəhşətli faciəyə həsr olunan rəsm və əl işlərindən ibarət sərgilər, o cümlədən ədəbii-bədii kompozisiyalar nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.