Gəncədə XII Beynəlxalq Şairlər günü qeyd olundu

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi , AYB və Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AYB Gəncə bölməsinin təşkilatçılığı ilə 14 iyun 2022-ci il tarixdə XII Beynəlxalq Şairlər gününə həsr edilmiş tədbir keçirilib. Tədbir saat 10:00-da Xan bağında Nigar Rəfibəyliyə ucaldılmış heykələ ziyarətlə başladı. Hörmət və ehtiram əlaməti olaraq heykəlin önünə gül-çiçək dəstələri qoyulub.
Tədbirdə Azərbaycan Xalq Şairi Nigar Rəfibəyli və böyük Türk şairi Nigar Binti Osman yaradıcılığı haqqında düşüncələr və təhlillər edilib. Giriş sözü ilə AYB Cəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova açdı, hər iki böyük şair haqqında müfəssəl məlumat verdi.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov şairlər günü münasibətilə şair və yazıçıları təbrik etdi, Nigar Rəfibəyli və Nigar Binti Osman yaradıcılığı haqqında danışıb. Şair və yazıçılardan Sahib İbrahimli, Bayram Apoyev, Zahir Şirani, Minayə Abdullayeva, Almaz Yusifqızı və Aləmzər Əlizadə çıxış edib, şeirlər oxuyublar.
Teatrşünas-tənqidçi Anar Bürcəliyev şairlər haqqında xoş sözlərini bildirdi. N.Rəfibəyli adına 43 saylı məktəbin ədəbiyyat müəllimi Vəfa Cəfərova hər iki şair xanımın yaradıcılığından söhbət açdı.
Həmin məktəbin şagirdlərindən Dəniz Nəcəfova, Günay Aslanova, Fidan Hüseynova, Əsna Namazova Nigar xanımın şeirlərini toplaşanlara hədiyyə etdilər.
Heykəl önündə xatirə şəkilləri çəkildi.
Sonra iştirakçılar tədbirin davamı üçün Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalına təşrif buyurdular.
XII Beynəlxalq Şairlər günü tədbirini Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova açdı və yazarları təbrik etdi.
Tədbirin aparıcısı Mərkəzi Kitabxananın Oxu zalının müdiri Aidə Abdullayeva sözü AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynovaya verdi.
Xəzangül xanım bütün yazarları şairlər günü münasibətilə təbrik etdi, Nigar Rəfibəyli və Nigar Binti Osman haqqında ürək sözlərini söylədi. Hər iki şairdən nümunələr səsləndirdi.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bu tədbirdə də iştirak etdi, bütün tədbir iştirakçılarını salamladı və xoş arzularını bildirib təbriklərini çatdırdı.
Şair və yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, İnqilab İsaq, Cavanşir Atəşi, İlham Musa oğlu, Zahir Şirani, Bəxtiyar Muradov, Eldar İsayev, İmamverdi Vəliyev və Aləmzər Əlizadə Nigar xanıma həsr etdikləri şeirlərini oxudular.
Aşıq Saleh Tağıyev Nigar xanımın şeirlərini aşıq havaları ütündə ifa etdi.
Mir Cəlal Paşayev ev muzeyinin direkroktoru İradə Paşayeva tədbir iştirakçılarına uğurlar arzuladı. Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşı Tərifə Abbasova Nigar xanıma həsr etdiyi video-çarxı nümayiş etdirdi və 4 saylı kitabxana-filialının baş kitabxanaçısı Risalə Həsənova , 3 saylı kitabxana-filialının müdiri Günel Kərimova Nigar xanımın şeirlərini söylədilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
AYB Gəncə Bölməsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.