Gəncədə “VƏTƏN MÜCAHİTLƏRİ” kitabının təqdimatı keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr edilmiş “Vətən mücahidləri” layihəsi əsasında tərtib edilmiş kitabların birinci və ikinci cildlərinin təqdimat mərasimi keçirilib.

Kitabların tərtibçiləri Gülnarə Sadiq, Manya Səxavətqızı və Aysel Nəsirzadə çıxış edərək, kitabdakı şəhidlər haqqında məlumat verib, onların ruhuna dualar oxudular.

AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova çıxış edərək Aprel döyüşlərində ordumuzun gücünün, qüdrətinin yenilməməzliyinin bariz nümunəsini gördüyümüzdən bəhs etdi. O, əmin olduğunu bildirdi ki, Vətənimizin igid, qəhrəman oğullarının şücaəti ilə torpaqlarımız gec-tez geri qaytarılacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Yazıçı Qərib Mehdi şəhidlərimizin şərəfli ölümündən danışdı ki, biz yazıçılar şəhidlər haqqında nə qədər yazsaq da yenə azdır. Şəhid ailələrinə diqqət və ehtiram hər birimizin vətəndaşlıq borcudur.

Şair və yazıçılardan Sahib İbrahimli, İnqilab İsaq,  Zaur Quliyev, Fazil Sənan, Aləmzər Əlizadə, Eltun Türkel, Zülfiyyə Yaqubqızı, Vüsal Beydullayev, Əmrah Tənha və Gəncə Dövlət Dram Teatrının artisti Vasif Vəsfinur öz çıxışlarında şəhidlərin ruhunun daim yad edilməsindən danışdılar və onlara həsr etdikləri şeirlərini oxudular.

Mərasimdə şəhid Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, şəhid Vaqif Bayramovun qardaşı Ədalət Bayramov, şəhib Sərxan Bağırovun anası Aytəkin Bağırova, şəhid atası Elçin Əsədli, şəhid polkovnik Vüqar Yusifovun atası Nurəddin Yusifov öz çıxışlarında bildirdilər ki, bizdən ötrü əzizlərimizin itgisi nə qədər ağır olsa da, onunla təsəlli tapırıq ki, balalarımız Vətən uğrunda şəhid olub. Torpaqlarımızın geri qaytarılması bizim üçün ən böyük təsəlli olacaqdır.

Yüksək səviyyədə hazırlanan təqdimat  tədbir iştirakçılarında vətənpərvərlik hissini, mənfur düşmənə  nifrət  hissini bir daha alovlandırdı.

Onu da qeyd edək ki, bu, vətənpərvərlik mövzusuna müraciət edən müəlliflərin ilk işi deyildir və cəmiyyət  tərəfindən yüksək razılıq hissi ilə qarşılanıb. Ümid edirik ki, gənc yazarlar onlardan nümunə götürəcək və yaradıcılığında  vətənimiz, torpaqlarımız uğrunda canını verərək, şəhid olan igid – qəhrəman oğullarımızın düşmənə qarşı qəhrəmanlıq dolu mübarizəsinə daha çox müraciət edəcəklər.

One Comment on “Gəncədə “VƏTƏN MÜCAHİTLƏRİ” kitabının təqdimatı keçirilib”

  1. Bu gənc üç xanımın atdığı addım bir çoxlarına örnəkdir bunun paxıllığını deyil çalışıb rəqabət edin sizdə maraqlanın qazilərimizdən yazın ailələrindən yazın problemlərdən yazın mən sizə minnətdaram Gülnarın Sadiq Manya Səxavətqızı Aysel Nəsirzadə cox sağ olun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.