Gəncədə “Tariximizi tarix yazanlar danışsın” adlı layihə start götürüb

Vətən müharibəsi Zəfərinin ildönümü münasibətilə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin Gəncə şəhər şöbəsinin təşəbbüsü və Gəncə şəhər Təhsil İdarəsinin dəstəyi ilə Gəncə şəhərində “Tariximizi tarix yazanlar danışsın” adlı layihə həyata keçilir.

Etmtv.news  AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin məqsədi işğaldan azad olunan rayonların ildönümü tarixində Gəncə şəhərində yerləşən bir neçə məktəbdə həmin gün tarix dərsini rayonun işğaldan azad olunmasında iştirak edən qazilərin keçməsidir.

İlk tarix dərsini Zəngilan rayonunun işğaldan azad olunmasının ildönümü münasibətilə oktyabrın 20-də Gəncə şəhərinin 12 və 14 saylı məktəblərində qazilər Xaliq Bayramov və İdris Yolçuyev keçiblər. Onlar döyüş yollarından danışıb və şagirdlərə Zəfər tarixi barədə ətraflı məlumat veriblər.

Dərs şagirdlərin böyük marağına səbəb olub və sual-cavab formasında davam edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.