Gəncədə “Təmiz şəhər” aksiyası həyata keçirilir

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Gəncə şəhərində “Təmiz şəhər” aylığı elan edilib. Dekabr ayının əvvəlindən start götürən aksiya çərçivəsində iməcliklər təşkil olunuraraq, şəhərin park və xiyabanlarında, küçə və prospektlərində, yaşayış massivlərinin ətrafında təmizlik işləri görülür.
Bu gün növbəti təmizlik aksiyası baş tutub. Gəncə ŞƏhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aksiyanın keçirildiyi ərazilərə baş çəkərək, işlərin gedişatı ilə yerində tanış olub.
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikalarının cəlb olunduğu aksiyada prospekt və küçələrin, səki daşlarının və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib. Şəhərimizin prospekt və küçələrində yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafları təmizlənib. Yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb. Gəncəçay çayının məcrası da növbəti dəfə məişət tullantılarından təmizlənib.
Qeyd edək ki, “Təmiz şəhər” aylığı çərçivəsində mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir, yaşıllıq zolaqları və parklarda ot örtüyü səliqəyə salınır.
Bu kimi aksiyaların mütəmadi təşkil olunması qədim Gəncə şəhərinin daha da gözəlləşməsinə böyük töhfə verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.