Gəncədə “Şuşa mənəviyyat incisi” adlı tədbir keçirilib

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Şuşa mənəviyyat incisi” adlı tədbir keçirilib.

DQİDK-nın Gəncə bölgəsindən verilən məlumata görə, tədbiri açan komitənin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxışı zamanı qeyd edib ki, Şuşa şəhəri xalqımız üçün əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz tərkib hissəsidir. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir.

Daha sonra çıxış edən natiqlər vurğulayıblar ki, dövlət başçısı İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamı Şuşa şəhərinin əvvəlki statusunun bərpasına, tarixən malik olduğu şöhrətinin özünə qaytarılmasına, xalqımızın çoxəsrlik mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.

Tədbirdə deputat Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Samirə Qasımova, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıxov, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi mərkəzinin baş elmi işçisi Əlimuxtar Muxtarov, YAP Gənclər təşkilatının sədri Kamran Abbasov, ziyalılar və elmi işçilər iştirak ediblər.

Sonda DQİDK-nın sifarişi ilə Şuşa haqqında çəkilmiş film nümayiş olunub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.