08.04.2022-çi il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminın Mərkəzi kitabxanasının oxu zalında AYB Gəncə bölməsinin və Mərkəzi kitabxanasının təşkilatçılığı ilə AYB-in üzvü, bir illik prezident təqaüdçüsü, şair İmamverdi Məmmədovun”Göyçə göynərtisi qəlbimdə qaldı”adlı yaradıcılıq gecəsi keçirilib.
Tədbiri MKS-in direktor əvəzi Fəridə Qədimova giriş sözü ilə açaraq, İmamverdi Məmmədov haqqında məlumat verib, bildirdi ki, yazar Azərbaycanın qədim torpağı olan Göyçə mahalındandır. Onun yaradıcılığında yurd həsrəti, vətənə məhəbbət, təbiət gözəllikləri əks olunur. İmamverdi Məmmədov Göyçə-Aşıq Ələsgər ocağının layiqli davamçısıdır.
Görkəmli yazıçı Qərib Mehdi, İ.Məmmədovun “İlham” ədəbi birliyinin layiqli yetirmələrindən olduğunu vurğuladı. AYB Gəncə Bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül yazarın yaradılığı haqqında müfəssəl çıxış etdi, onun “Endim qəfildən” şeirini əzbər söylədi:
– Çalışdım dağlara çıxa bilmədim,
Sürüşdüm qəfildən, endim qəfildən.
Şairə Firəngiz İmranqızı öz çıxışında bildirib ki, şairin şerlərində insanın təbiətlə söhbətini görə bilirik. Sairin şeirləri sadə dillə yazılmışdır. Mən bu yaradıcılığın vurğunuyam. Sonra o, şairin “Xatirələr” şeirini söylədi.
Tədbirdə şairin qələm yoldaşlarının söylədiyi fikirlər səsləndirilib, bildirilib ki, İmamverdi Məmmədovun yaradıcılığında əsas mövzulardan biri vətən məhəbbəti, öz tarixinə, torpağına dair şeirlər təşkil edir. Tədbirdə vurğulandı ki, şairin yeni çapdan çıxmış kitabı şairin öz ruhunu, iç dünyasını əks etdirir.
Yaradıcılıq gecəsində 43 saylı tam orta məktəbin şagirdlərinin ifasında şairin “Qarabağ Azərbaycandır” kompozisiyasını ifa etdilər və Oxu zalınn kitabxanaçısı Tərifə Abbasova şairin “Bilmir” şeirini söylədi. Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şairə Xəzangül Hüseynova, nasir, şair, publisist Qərib Mehdi, Şairə Aləmzar Əlizadə, şair, yazıçı-dramaturq Sahib İbrahimli, Şairlərdən Saleh Qurbanov, Zahir Şirani, İqbal İsmayılov, İbadət Qurbanova, Fatimə İman, Eldar Usta, Minayə Abdullayeva, Firəngiz İmranqızı, Eltun Türkel, Oktay Abdulla, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova, 43 saylı tam orta məktəbin şagirdləri və kitabxana işçiləri iştirak edirdi. Mərkəzi kitabxanasının oxu zalınn kitabxanaçısı Tərifə Abbasovanın aparıcılığı ilə davam edən tədbirdə şair və yazıçılardan Sahib İbrahimli, Saleh Qurbanov, İnqilab İsaq, Zahir Şirani, İqbal İsmayılov, Eltun Türkel, Oktay Abdulla, Eldar İsayev, İbadət Qurbanova, Fatimə İmamqulu, Minayə Abdullayeva və Aləmzər Əlizadə İmamverdi Məmmədov barəsində ürək sözlərini söylədilər. Jurnalist Firəngiz İdrisqızı şairə uğurlar arzulayıb şeirini oxudu O, çıxışında iştirakçılara təşəkkür etdi və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Sonda söz səbəbkar şairə verildi. İmamverdi Məmmədov bildirdi ki, “Şerlərimin mövzusu mənim qanımda, canımda yoğrulub. Etiraf edirəm ki, şeir yazandan sonra onun üzərində ikinci dəfə işləmirəm. Elə hesab edirəm ki, Allahın ilk dəfə verdiyi elə ilk yazılan misralardadır. Sözün böyüklüyü dilin, insanın, tarixin böyüklüyüdür”.
İmamverdi Məmmədov tədbirin təşkilatçılarına, çıxışçılarına minnətdarlığını bildirdi, yeni şeirlərini oxudu və xatirə şəkilləri çəkdirdi.
Tərifə Abbasova, Gəncə şəhər
MKS Mərkəzi kitabxanasının Oxu zalınn kitabxanaçısı.