Gəncədə şəhid hərbçilərin ikinci ildönümləri ilə əlaqədar olaraq anım mərasimləri təşkil olunur

Gəncədə Vətən Müharibəsi zamanı qanları ilə tarix yazan əziz şəhidlərimizin ikinci ildönümləri ilə əlaqədar olaraq anım mərasimləri keçirilir. Ötən həftə ərzində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri Gəncənin Şəhidlər xiyabanında Vətən müharibəsində şəhid olan hərbçilərimizin anım mərasimlərinə qatılıblar.
Şəhid hərbçilər Quliyev Eltac Azər oğlu, İsmayılov Rabil Elbrus oğlu, Qurbanov Vahid Elşad oğlu, Həsənov Səxavət Alim oğlu, Süleymanov Asim Məhərrəm oğlu, Əliyev Cavid Samir oğlu və Məmmədov Araz Telman oğlunun məzarları ziyarət edilib, hər birinin ruhuna dualar oxunub, xatirələri ehtiramla yad olunub.
Mərasimlərdə şəhid oğullarımızın qısa və şərəfli ömür yollarından, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri igidlikdən bəhs olunub. O da bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir. Bu gün hər bir şəhidin ailə üzvləri dövlət tərəfindən hərtərəfli diqqətlə əhatə olunub.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, adıçəkilən şəhid hərbçilərin hər biri Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.