Gəncədə region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği davam etdirilir

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin maliyyə dəstəyi və “Gələcəyə körpü” ictimai birliyinin təşkilatçılığı ilə  “Regionun şagirdləri arasında peşə təhsili sahəsinin təbliği”  layihəsinin təqdimatı olub.

Tədbirdə çıxış edənlər layihədə Gəncədə fəaliyyət göstərən məktəblərdə təhsil alan yeniyetmə və gənclərlərin peşə təhsilinə maraqların artırılması və bu prioritet sahənin onlar arasında təbliğini nəzərdə tutulduğunu nəzərə çatdırıblar. Layihə müddətində şagirdlərə peşə təhsili haqqında ekspertlər tərəfindən təlimlər keçiriləcək və eləcə də onların peşə təhsili müəssisələrində tanışlıq  səfərləri təşkil olunacaq. Ümumilikdə 200-ə yaxın şagirdi əhatə edən layihə 4 ay müddətində davam edəcək  və  bu dövr ərzində özəl sektorla təhsil müəssisələri arasında potensial əməkdaşlığın perspektivləri də müzakirə olunacaq.

–  Layihənin məqsədi Gəncə şəhərində yerləşən 10 ümumi təhsil orta  məktəbinin hər birində 20 nəfər olmaqla ümimilikdə 200 nəfər şagirdə peşə təhsili sahəsi ilə bağlı məlumatlandırıcı görüşlər təşkil etməkdir və həmin görüşlər vasitəsilə şagirdlərə bu sahə haqqında ümumi məlumat vermək, bu sahənin perspektivləri haqqında, bu sahəyə nəyə görə  istiqamətlənməlidirlər, o  haqda ətraflı məlumat vermək və hal-hazırki peşə təhsili sahəsinin  imicinin daha da yaxşılaşdırılması istiqamətində müxtəlif tərəflərin öhdəsinə düşən belə deyək vəzifələri, o cümlədən yüksək əməkdaşlıq məsələlərini müzakirə etməklə bu sahənin təbliğini həyata keçirməkdir. – Layihənin rəhbəri Hüseynxan Hacızadə verdiyi müsahibədə qeyd etmişdir.

Gəncə şəhərində belə bir layihənin həyata keçirilməsinin böyük bir əhəmiyyəti vardır, çünki şagirdlərə peşə seçiminə dəstək verilməsində, onların maarifləndirilməsi gənclərimizə özünüdərk və eyni zamanda onların maraqlarına, meyillərinə  və  qabiliyyətinə uyğun olaraq peşə seçiminə dəstək verilməsi bugünkü əmək bazarında vacib əhəmiyyət daşıyır.- Peşə Təhsili Agentliyinin şöbə müdirinin müavini Nigar İsmayılzadə  layihənin həyata keçirilməsinin əhəmiyyəti haqqında danışarkən bildirmişdir.

Layihə yaxın zamanlarda peşə təhsilinə olan marağın artmasında böyük əhəmiyyət daşıyır.  Hal-hazırki peşə təhsili sahəsinin  imicinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Təqdimatda Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və Millət vəkili Müşfiq Cəfərov da iştirak etmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.