Gəncədə Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

Novruz bayramı münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin, qazilərin ailələri ziyarət edilib və bayram sovqatları paylanılıb.
Bununla yanaşı, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması nəticəsində hər iki valideynlərini itirmiş uşaqlar Hüseyn Əliyev, Nilay Əliyeva və Xədicə Şahnəzərova da ziyarət olunub. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları balacaları şəhər rəhbəri Niyazi Bayramovun adından Novruz bayramı münasibətilə təbrik edərək, onlara müxtəlif hədiyyələr və bayram sovqatı təqdim ediblər.
Qeyd edək ki, Gəncədə Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələrinə daim diqqət və qayğı ilə yanaşılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.