Gəncədə “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat

3 iyun 2019-cu il tarixində “Mədəniyyət həftəsi” çərçivəsində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkitatçılığı ilə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri arasında “Son iclas” filminin nümayişi və film ətrafında “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib. Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndəsi və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin iştirakı ilə keçirilən tədbirdə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, sektor müdiri Ceyhun Əhmədov, universitenin tələbələri, Gəncə və Şəmkir Regional Mədəniyyət İdarələrinin gənc mədəniyyət işçiləri, şəhərin fəalları çıxış ediblər. Çıxış edənlər debatda Azərbaycan kino sənətinin uğurları, müasir kinematoqrafların Azərbaycan Xalq Cümhuriyyəti, ümumilikdə vətənpərvərlik mövzusuna daha çox müraciət etməli olduqlarının vacibliyi vurğulanıblar. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filmi Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmişdir. Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Film 23 aylıq Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökümətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncəyə köçən günü ilk yığıncağını hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin binasında keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.