Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq. Çoxmənzilli yüksək binalar, yeni tipli məktəblər, uşaq bağçaları, sosial və iaşə obyektləri şəhərin ümumi görnüşünə əlavə rəng qatacaq. Gəncənin Qərb istiqamətdə salınacaq yaşayış massivlərinin biri üçün 50 hektar, digəri üçün 150 ha ərazi ayrılıb.
Gəncə şəhərinin baş memarı Elxan Məmmədov bildirib ki, bu il şəhərmizdə 3 məktəb və 2 uşaq bağçasının inşası nəzərdə tutulub. Ola bilsin ki, bunların bir hissəsi yeni salınacaq qəsəbəldə inşa edilsin.
Elxan Məmmədov qeyd edib ki, binaların tikilməsində Mənzil İnşaat Dövlət Agentliyi yaxından iştirak edəcək. Tikilən binalar satışa çıxarılacaq. Satış şərtləri çox sərfəli olacaq. Sadə insanlar ayda hər hansı bir cüzi məbləğ ödəməklə o mənzilləri əldə edə biləcəklər.
Şəhərdə qəzalı vəziyyətdə olan binalarda yaşayanlar və infrastruktur layihələrin icrası zamanı evlərindən köçürülən ailələrin də yeni qəsəbələrdə yerləşdirilməsi nəzərdə tutulub.