Gəncədə Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 18 sentyabr – Milli Musiqi Günü münasibətilə “Musiqinin gücü” layihəsi çərçivəsində konsert proqramı təşkil olunub.
Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Kamera Orkestrinin müşayiəti ilə baş tutan konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Cəngi”, “Arazbari”, “Leyli və Məcnun” operasından Müqəddimə səsləndirilib. Həmçinin Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, bəstəkarın “Sənsiz”, “Sevgili canan” romanslarını, Müslüm Maqomayevin “Nərgiz” operasından “Nərgizin mahnısı”nı, Fikrət Əmirovun “Azərbaycan elləri”, Niyazinin “Vətən nəğməsi”, Süleyman Ələsgərovun “Neylərəm” əsərlərini ifa ediblər.
Filarmoniyanın qarşısında keçirilən konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.