Gəncə şəhər Mərkəzi kitabxananın oxu zalının əməkdaşı Tərifə Abbasovanın təşkilatçılığı ilə Zoom proqramı ilə“Yüksək mədəniyyətli insan və Azərbaycanın gələcəyi” ad altında Tarix elmləri doktoru, Azərbaycanda kulturologiya elminin yaradıcısı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Teyyub oğlu Məmmədovla görüş keçirib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri , Azərbaycan Yazıçılar İttifaqının üzvü , şairə-dramaturq Xəzangül Hüseynova, Gəncə Dövlət Dram Teatrının istedadlı aktyoru Mətləb Təhmazi, Sabirabadlı şairə Rəqibə Qəvvas, Qax rayon MKS-nin direktoru Güllü Əhmədova, Mingəçevir MKS-nin direktor müavini Şəlalə Əhmədli, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon MKS-nin kollektivi, Gəncə Maarif Evi ictimai birliyinin sədri İmamverdi Vəliyev, Gəncə şəhər MKS-nin kollektivi, digər rayonlardan olan kitabxana işçiləri və kitabxananın onlayn tədbirinin izləyiciləri iştirak edirdi. Görüşü giriş sozü ilə Mərkəzi kitabxananın oxu zalının kitabxanaçısı Tərifə Abbasova açıb tədbir iştirakçılarını salamlayaraq kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovun yaradıcılığı barədə qısa məlumat verərək qeyd etmişdir ki, ensiklopedik bilik daıyıcısı olan Fuad Məmmədov bütün şüurlu yaradıcı fəaliyyətini kulturologiya elminə həsr etmiş, elmi-pedaqoji fəaliyyətində uğurlar qzanmışdır. Sonra söz professor Fuad Məmmədova verildi. Çıxışına dahi şair Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” misraları ilə başlayan professor mənəvi inkişafın vacibliyini diqqətə çatdıraraq, əqli inkişaf ilə mənəvi inkişafın vəhdətinin əhəmiyyətinə toxunub. Fuad Məmmədov kulturoloji biliklərin əhəmiyyəti, şəxsiyyətin təkmilləşdirilməsi, yüksək mənəviyyatlı insan, əqli və mənəvi mədəniyyət, idarəetmə mədəniyyəti və dövlətçilik mədəniyyəti, “kulturologiya piramidası” universal metodu, milli və qlobal idarəçilik, özünüidarə mədəniyyəti,şəxsiyyətin formalaşması faktorları haqqında geniş məlumat verdi. Tədbir iştirakçıları professor Fuad Məmmədovun mühazirəsini maraqla qarşılayıb, sonra mövzu ətrafında müzakirə aparılmış, çıxışlar olmuşdur və iştirakçılar mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər və suallar verdilər. Verilən sualları çox səlis, məntiqli, cavablandıran Fuad Məmmədov iştirakçılara öz işlərində yaratdığı imkanlardan səmərəli şəkildə istifadə etməyi tövsiyə etdi. Çox maraqlı və məzmunlu gedən tədbirin sonunda Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova Fuad Məmmədova can sağlığı və uğurlar arzulayıb. Bu səpkili tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edərək, tədbirin maraqlı keçməsindən, qonaq qismində tədbirdə yer alan digər MKS-lərin işçilərinin iştirakını qiymətləndirərək, bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir Tədbirdə çıxış edənlər maarifçilik istiqamətində həyata keçirilən layihələrə görə təşəkkür bildiriblər. İştirakçılar da həmçinin tədbirin çox maraqlı keçməsini vurğulayıblar. Sonda maraqlı tədbir üçün tədbirin təşkilatçısı və tədbiri ərsəyə gətirən kitabxanaçı Tərifə Abbasovaya minnərdarlıq bildiriblər.