Gəncədə “İmaddədin Nəsimi – 650” adlı ağacakmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli 689 №-li “Böyük Azərbaycan şairi İmaddədin Nəsimin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il tarixli 886 nömrəli Sərəncamının icrası ilə əlaqədar və “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə ümumrespublika ağacəkmə aksiyası keçirilib.

Bu aksiyada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə, Naftalan şəhər, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarındakı mədəniyyət müəssisələrində çalışan mədəniyyət, incəsənət işçiləri mütəşəkkil şəkildə iştirak etdilər keçirilən ağacəkmə aksiyalarında aktyorların ifasında  İ. Nəsiminin şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub, müğənnilərin ifasında şairin sözlərinə yazılmış musiqi nömrələri səsləndirilib.

“Nəsimi – 650” adlı ağacəkmə aksiyaları ruh yüksəkliyi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.