Gəncədə İdman hamı üçün layihəsi çərçivəsində “Üzgüçülük hamı üçün” İdman tədbiri kecirilib

Gəncə Olimpiya İdman Kompleksində 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş ‘İdman hamı üçün’ layihəsi çərçivəsində Gəncə Olimpiya İdman Kompleksində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə Olimpiya İdman Kompleksinin dəstəyi ilə “Üzgüçülük hamı üçün” adlı idman tədbiri həyata keçirilmişdir.
Tədbirin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun aparıcı məsləhətçisi Elza Hümbətova və Gəncə Olimpiya İdman Kompleksinin direktoru İntiqam Hüseynov çıxış edərək, iştirakçılara uğurlar arzu etmişlər. Tədbirdə krol, brass, arxası üstə üzmə, batterflay üsulları üzrə 25 metr, 50 metr, 100 metr, 200 metr məsafələrdə qızlar və oğlanlar arasında yarışlar təşkil edilmiş və Baş İdarə tərəfindən yarışda qalib gəlmiş idmançılar təltif edilmişdir. Tədbirdə ümumilikdə 40 nəfər üzgüçü iştirak etmişdir.
Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd bədən tərbiyəsinin kütləviliyinin və idmana marağın artırılması,üzgüçülüyün əhali arasında daha geniş vüsət alması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.