Gəncədə “Aşıq Alı sənətinin zirvəsi ” adlı onlayn ədəbi-bədii gecə keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsi ,Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalı Aşıq Alının 220 illiyi münasibətilə “Aşıq Alı sənətinin zirvəsi ” adlı onlayn ədəbi-bədii gecə keçirib. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri , Azərbaycan Yazıçılar İttifaqının üzvü , şairə-dramaturq Xəzangül Hüseynova , şairə-publisist,Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, AMEA Folklor Institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, professor Elbrus Cəfərov, Aşıq Alı Soyundan Telman müəllim,Türkiyəli iş adamı Atif Dönməz Kocaeli Gebzədən, şeirə könül vermiş müəllim Neşe Garip, İstanbulda tarix müəllimi Kemal Aydın, şair Aqşin Hacızadə, Aşıq Aidə Gülzar, Aşıq Qabil Zimistanoğlu, tənqidçi, jurnalist, Dergi Karadenizin  baş redaktoru Türk xalq ədəbiyyatı müəllimi Ərdoğan Altun Kaynak, Aşıq Həcər, Aşıq Rahib Bayramov, Aşıq Oktay Kaya, Aşıq Aytac Ömur, Aşıq Alı şəcərəsindən olan Taleh Əlioğlu Vəliyev, Gəncə Dövlət Dram teatrının istedadlı aktyoru Mətləb Təhmazi, kitabxananın onlayn tədbirinin izləyiciləri və kitabxana əməkdaşları iştirak edirdi. Görüşü giriş sözü ilə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov açıb tədbir iştirakçılarını salamlayaraq  bildirdi ki,böyük el sənətkarı Aşıq Alı  saz və söz məbədgahlarından biri olmuşdur. Şairə-dramaturq Xəzangül Hüseynova çıxış edərək, Aşıq Alının dastanları, qoşmaları, bayatıları, gərayları və onun  şagirdi  Aşıq Ələsgər haqqında məlumat vermişdir. Oxu zalının kitabxanaçısı Tərifə Abbasova Azərbaycan aşıq sənətinin və poeziyasının inkişafında əvəzsiz xidmətləri olmuş Aşıq Alının şəxsiyyət kimi kamil insan, haqqı və ədaləti təbliğ edən ürfan sahibi, qeyri-adi istedad olmasından, dövrümüzün aşıqları tərəfindən sevilə -sevilə ifa olunmasından bəhs etmişdir. Gəncə Dövlət Dram Teatrının aktyoru Mətləb Təhmazi Aşıq Alının “Nə qaldı”, Türkiyəli qonaq Neşe Garip, Oktay Kaya, Borçalıdan Aşıq Həcər, Aşıq Rahib Bayramov, Aşıq Aytac Omur, Aşıq Aidə Gülzar Aşıq Alının gəraylı və qoşmalarını ifa etmişlər.

Open Photo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.