Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində gerçəkləşən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, millət vəkili Müşfiq Cəfərov, AMEA-nın Gəncə Bölməsinin gənc alimi Elnur Həsənov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri Gültəkin Qasımova, Xalidə Mete, “Ən yaxşı təqdimat” müsabiqəsində müxtəlif yerlərə layiq görülən Gəncə şəhər, Göygöl və Samux rayon ümumtəhsil məktəblərinin şagirdləri, onların təhsil aldıqları ümumtəhsil məktəblərinin direktorları və fənn müəllimləri iştirak ediblər.
Çıxışlar zamanı Ulu Öndərin Azərbaycan təhsilinə olan misilsiz xidmətlərindən bəhs olunub. Bildirilib ki, ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.
Tədbirin sonunda “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edən şagirdlərə “Təşəkkürnamə”lər və müxtəlif hədiyyələr təqdim olunub.



