Gəncə Uşaq İncəsənət Məktəbinin gənc virtiozlarının konserti keçirilib

Gəncə şəhər Uşaq Incəsənət Məktəbinin fortepiano şöbəsi şagirdlərinin konserti keçirilib.
Konserti şöbə müdiri Elnarə Zülfüqarova açıb.
Konsertdə ixtisas fortepiano, skripka, ansambl, müşayət və ümumi fortepiano siniflərinin şagirdləri iştirak ediblər. Konsertdə Q. Qarayev, F. Əmirov, Qillok, Benda, Alyabev, Bulaxov, Paxmutova, Veber və s. bəstəkarların əsərləri səslənib.
Konsert dinləyicilərin alqışları ilə müşayiət olunub.
Sonda məktəbin direktor əvəzi Hüseyinli Təvəkkül çıxış edərək, konsertdə iştirak edən şagirdləri təbrik edərək, onlara gələcəkdə daha böyük uğurlar arzu edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.