Gəncə Təhsil İdarəsindən nümunəvi addım- Döyüşən ordumuza könüllü yardım göstərildi

Bu gün şanlı Azərbaycan Ordusu  düşmənin hərbi mövqelərinə lazımi zərbələr endirir və işğal altında qalmış torpaqlarımızı azad edir.  Belə bir tarixi zamanda hər kəs özünü bir əsgər hesab etməli və şanlı Azərbaycan Ordusuna lazımi səviyyədə həm maddi, həm də mənəvi dayaq olmalıdır.

Dövlətimiz tərəfindən döyüşkən ordumuz üçün hər cür təminat vardır. Bununla belə,   ayrı-ayrı şəxslər, ictimai birliklər, bir çox cəmiyyətlər, rəsmi dövlət qurumları  ordumuza mənəvi dayaq durur, lazımi köməkliklərini əsirgəmirlər. Bu günkü tarixi zamanda vətənpərvərlik hissini ən yüksək səviyyədə nümayiş etdirən,  Azərbaycan Ordusuna könüllü dəstək göstərən  dövlət qurumlarından biri də Gəncə şəhər Təhsil İdarəsidir.

Təhsil İdarəsinin təşəbbüsü ilə,  Gəncə şəhərinin təhsil işçiləri  bu gün xalqımızın şanlı tarixini yazan əsgər və zabitlərimizə lazımi dəstəyini göstərir. Belə bir addımın atılması olduqca təqdirəlayiq haldır və bu hər kəs tərəfindən də alqışlanmaqdadır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.