Gəncə Təhsil İdarəsi odun almır, təhcizat məsələləri başqa qurumun səlahiyyətinə aiddir

Son vaxtlar ölkədə yalan və böhtan xarakterli  yazilarin sayı artıb.

Bu kimi tələblər onu göstərir ki, müxalifət mətbuatı peşəkar jurnalist böhranı keçirir. Çünki peşəkar jurnalistlər yalnız fakta, etik normalara və obyektivliyə əsaslanırlar və bu səbəbdən də, yazanda sanballı məqalə yazırlar. Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlik və obyektivlik arasında seçim etmə üsuludur.
Əsil jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş, tərəflərin və ekspertlərin fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmırlar və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür.
Qeyri-peşəkarlar isə, hətta şayiələri, dezonformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Nədən ki, bu “jurnalistlər” müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların hansı yolla əldə edilməsi, tərəflərin mövqelərinin verilməsi, ekspert fikrinin alınması və s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər.
Bu gün müxalifət mətbuatında çalışanların əksəriyyəti də məhz elə bu cür jurnalistlərdir. Ona görə də, bu qəzetlərin səhifələrində tirajlanan yazıların faktoloji yükü az olur, jurnalist neytrallığı kənara qoyulur, obyektivlik isə hiss olunmur. Əksinə, yazının elə ilk cümlələrindən qərəzlilik, subyektivlik və fakta əsaslanmamaq hiss olunur.
Azerinfo.tv bildirir ki, dünən Gəncə Şəhər Təhsil Təhsil İdarəsi və onun müdiri Zakir Hüseynov baradə bir çox saytlarda həqiqətə uyğun olmayan yazılar gedib.
Bu cızmaqaralarda yazırlar ki, guya 16 yanvar 2019 – cu ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən əsassız olaraq pul silinməsi edibdir. Adı çəkilən maliyyə hesablaşma mərkəzi “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 289 min 690.0 manat (iki yüz səksən doqquz min altı yüz doxsan manat) pul ayırması haqqında rəsmi sənədi imzalayıb, pulu götürüb və silib.

Əvvala, bu saytlardan heç biri Gəncə Təhsil İdarəsi ilə əlaqə saxlayıb qarşı tərəfin mövqeyin öyrənməyib.
Öyrənsəydilər bilərdilər ki, Gəncə qazlaşdırılıb və oduna heç bir ehtiyacı yoxdur ki, bundan da kimsə istifadə edə pul silə.
İkinci bir tərəfdən və ən əsası odur ki, 2016-cı il , fevralın 2-dən Təhsil Nazirliyinin sərəncamı ilə regionlarda Maliyyə Hesablama Mərkəzləri yaradılmışdır.
O cümlədən Gəncədə.
Bütün maliyyə, təmir-tikinti, təhcizat məsələləri ilə bağlı səlahiyyət məhz regionlardakı Maliyyə Hesablama Mərkəzlərinə verilib.
Gəncədə də həmçinin. Yerli təhsil şöbələri yalnız yerli büdcədən maıliyyələşir (bura əmək haqqları, aparata aid olan xərclər daxildir).
Yerli rayon təhsil şöbəsinin Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin büdcələrinə heç bir aidiyyatı və səlahiyyatı yoxdur.
Bu anlamaq üçün təhsil sisteminmdən bir balaca başı çıxmalı, anlayışın olmalıdır.
Həbs olunan icra başçılarından yazıb söhbəti Zakir Hüseynovun üstünə gətirmək, olmayan şeyi yazmağın bir adı var-şantaj.

Qaldı ki, Zakir Hüseynovun institutda dərs deməyi, bu da qanuni əsaslarladır və Təhsil Nazirliyinin razılığı var.

Sonda bir daha qeyd edək ki, normal media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən, insanların mədəni istirahətini təmin edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir. Lakin bu azadlığın hansısa çərçivələr daxilində olub-olmaması daim müzakirə obyektidir. Təəsüfki, Azərbaycanda söz və mətbaut azadlığının qırmızı cizgisini, təhqirlə tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdə də bir sıra ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin yer alması problemi qəlizləşdirir. Bu durumda “media azadlığı necə tənzimlənməlidir”, ya da “söz azadlığına hansısa çərçivələr qoyulmalıdırmı?” sualları ortaya çıxır.(Azerinfo.Tv)
İlqar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.