Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğur qazanıblar

21 mart 2020-ci ildən 2021-ci ilin may ayına kimi İngiltərədə keçirilən “Müharibənin eşidilməmiş səsləri” adlı beynəlxalq onlayn İncəsənət müsabiqəsində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin təsviri incəsənət şöbəsinin müəllimi Raul Sadıqovun şagirdləri:  Əliyeva Leylan Elşən qızı, Sadıqova Günay İslam qızı, Sadıqova İnarə Raul qızı iştirak edərək sertifikata layiq görülmüşlər.

İncəsənət Məktəbinin şagirdləri Beynəlxalq İncəsənət müsabiqəsində, II Qarabağ Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı şanlı Qələbəmizə həsr olunmuş, “Azərbaycan əsgəri”, “Azərbaycan bayrağı”, “Şuşa qalası”, “Xudafərin körpüsü”, “Xarıbülbül” və s. adda rəsm əsərləri ilə onlayn formatda iştirak etmişlər.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Beynəlxalq İncəsənət müsabiqəsinin sertifikatlarını, şagirdlərə təqdim etmiş onlara daha böyük uğurlar qazanmağı arzulamışdır.

Təbrik edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.