Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllim şagirdləri Beynəlxalq müsabiqədə uğur qazanıblar.
Bu münasibətlə keçirilən tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin bir qrup müəllim və şagirdlərini cari ilin yanvar ayında Tatarıstanda onlayn formada keçirilən “Muzica Del Mondo” Beynəlxalq müsabiqəsində və 15-ci “Toyota arzuların maşını” Beynəlxalq rəsm müsabiqəsində uğur qazanmalarına görə təbrik etmiş, onlara müsabiqənin diplom və təşəkkürnamələrini təqdim etmişdir.
Tofiq Hüseynzadə incəsənət məktəbinin saz sinfinin şagirdi (müəllim Bəhruz Bağırov) I-ci dərəcəli diplom və təşəkkürnamə, Sübhan Məmmədov tar sinfinin şagirdi (müəllim Müşfiq Abbasov, konsertmeyster Aysel Hüseynzadə) I-ci dərəcəli diplom və təşəkkürnamə, Sadiq Əsgər məktəbin təsviri incəsənət şöbəsinin şagirdi (müəllim Gültəkin Heydərova) “Toyota-arzuların maşını” Beynəlxalq rəsm sərgisi I-ci yer, Ayişə Mehdiyeva, Aysu Məmmədova, Banu Bəkirova, Nərgiz Nəsirova, Liana Bəxtiyarova (müəllim Rauf Sadıqov) sertifikat ilə təltif olunmuşlar.



