Gəncə Şəhər Təhsil İdarəsi Zəfər Günü ilə əlaqədar tədbir keçirib

44 günlük Vətən müharibəsinə həsr olunmuş əl işləri və rəsmlərdən ibarət sərgiyə baxışla başlanan tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı Füzuli Şıxıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, AMEA-nın gənc alimi, Prezident mükafatçısı Elnur Həsənov, Gəncə Müalicə Diaqnostika Mərkəzinin baş direktoru Rövşən Veysov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulunun vitse-konsulu Özkan Büktel, Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun ailə üzvləri, qazi müəllimlər, təhsil müəssisələrində çalışan ailə üzvləri Şəhid olmuş işçilər, GŞTİ-nin əməkdaşları və ümumtəhsil məktəb direktorları iştirak ediblər.
Tədbirdə 27 Sentyabr-Anım Günü və 8 Noyabr- Zəfər Gününə həsr olunmuş musiqi, şeir nominasiyası üzrə qaliblər, “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu” inşa müsabiqəsinin qalibləri, Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun xatirəsinə həsr olunmuş riyaziyyat və tarix fənləri üzrə keçirilən olimpiada qalibləri, Şəhidlərimizin xatirəsinə həsr olunmuş voleybol, basketbol və şahmat yarışlarının qalibləri, “Şəhidlərimizin tanıtımı” videoçarx müsabiqəsinin qalibləri müxtəlif fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatlandırma Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsi və Gəncə şəhər ümumtəhsil məktəblərinin “Uğurlu məzunlar”ı tərəfindən həyata keçirilib.
Daha sonra tədbir “Zəfərin mübarək, Azərbaycan” adlı bədii hissə ilə davam edib.
Sonda tədbir iştirakçıları təşkilati dəstəyə görə Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətova öz  təşəkkürünü bildirib.
Bir 7 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir ayaqda şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir ayaqda və mətn şəkili ola bilər
Bir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və hərbi forma şəkili ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.