Gəncə şəhər rəhbəri növbəti dəfə sakinlərlərlə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb.
eşə Təhsil Mərkəzində baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Millət vəkili Pərvin Kərimzadə, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, idarə müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlərin əsasını işlə təminat, bir sıra küçələrdə asfalt örtüyünün salınması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, içməli su xəttinin çəkilişi və digər məsələlər təşkil edib.
Səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.
Qeyd edək ki, sakinlərlə səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə keçirilir. Səyyar görüşlər zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər qanunamüvafiq formada həll edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.