Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirililib

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi Məktəbinin 2020/2021-ci dərs ilinin yekununa həsr olunmuş hesabat konserti keçirilib.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun və rəis müavini Asəf Məmmədovun iştirak etdikləri hesabat konsertindən əvvəl məktəbin violin ixtisası üzrə VII sinif şagirdi Səkinə Cavadzadənin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilmişdir. Sonra 2020/2021-ci tədris ili ərzində onlayn formatda keçirilən Beynəlxalq müsabiqələrdə laureat adını almış şagirdlərdən Səkinə Cavadzadə, Üfüqə Əliyeva, Aliyə Həsənovaya diplomlar, müəllimlərdən Günətay Əlizadəyə, Lalə Kazımovaya və Zülfiyyə Axundzadəyə təşəkkürnamələr təqdim olunub.
Konsert, məktəbin gənc müəllimlərindən ibarət xor kollektivinin (bədii rəhbər Aynur Şixiyeva, müşayiət Lalə Kazımova) bəstəkar Azər Dadaşovun Ulu Öndərə həsr etdiyi “Heydər Atamız ” adlı xor musiqisi ilə başladı.
Hesabat konsertində məktəbin şagird və müəllimlərinin ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları, eləcə də xarici ölkə bəstəkarlarının musiqi əsərləri təqdim olundu. Konsertdə həmçinin Nizami Gəncəvi ili ilə əlaqədar şairin poeziyasını əks etdirən əsərlər, o cümlədən məktəbin vokal sinfinin müəllimi, Respublikanın Əməkdar artisti Kamalə Tağızadənin ifasında Üzeyir Hacıbəyliyə məxsus məhşur “Sənsiz” romansı (müşayiət Gülcan Qasımova) ifa olunub. Hesabat konserti bəstəkar Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnısı ilə üçrəngli Azərbaycan bayrağının fonunda məktəbin xanəndə sinfinin şagirdləri Elşən İsgəndərov, Sübhan İsmayılov və Zaur Rəhimovun ifası ilə başa çatıb.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək məktəbin yeni təyin olunmuş direktoru Aynur Şixiyevaya, məktəbin pedaqoji kollektivinə və şagirdlərə öz minnətdarlığını bildirib, onlara daha böyük uğurlar və mənalı yay istirahəti arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.