Gəncə Regional Mədəniyyət İdarəsində ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə ABŞ-ın Azərbaycandakı Səfirliyi arasında imzalanmış Memeranduma əsasən Gəncə şəhər Mərkəzi Kitabxana Sistemində fəaliyyət göstərən “Amerika Güşəsi”-ndə İngilis dili dərsləri üzrə imtahanların keçirilməsi üçün Gəncəyə gələn Səfilriyin nümayəndələri  Geoff Anisman( Ictimai Əlagələr üzrə şöbənin müdiri, ABŞ səfirliyi) Agne Kaufman (Ictimai Əlagələr üzrə şöbənin mütəxəssisi, ABŞ səfirliyi) Aydan Əsgərova (Maarifləndirici Proqramlar direktotu, ABŞ Səfirliyi) ilə regional idarədə görüşüb.

Görüşdə həmçinin Gəncə Şəhər Mərkəzləşdirilmiş kitabxana Sisteminin Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri və “Amerika Güşəsi”-nin kordinatoru Gülnaz İsgəndərova çıxış etmişdir.

Görüşdə Gəncə şəhər Mərkəzi kitabxana Sistemində fəaliyyət göstərən “Amerika Güşəsi”-nin gələcəkdə daha səmərəli fəaliyyəti, tədbirlərin yüksək səviyyədə təşkili və s. barədə söhbət aparılıb.

ABŞ Səfirliyin nümayəndələri səmimi söhbət üçün Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova təşəkkürlərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.