Gəncə gəncləri “Sağlam Gəncə üçün bir gün” adlı ekoloji aksiya keçirib.

 Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllü gəncləri Gəncə şəhərinin Park Bulvar ərazisində ekoloji maarifləndirici aksiya keçirib. Ekoloji aksiyanın keçirilməsində məqsəd təbiəti çirkli tullantılardan təmizləmək, ekoloji maarifləndirmə işi aparmaq və bu fəlsəfəni təbliğ edərək gəncləri təbiəti qorumağa səsləmək olmuşdur. Ekoloji aksiya şəhər sakinlərinin də marağına səbəb olmuşdur.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə sonrasında gənclər ilk dəfə Gürcüstanın Marneuli şəhərində ekoloji aksiya həyata keçirmişdi.

Gəncə gəncləri bu kimi ekoloji aksiyaların keçirilməsində gənclərin iştirakının vacib olduğunu və bu kimi fəaliyyətlərin davamlı olacağını bildirib.

Ruslan Vəliyev, ADAU-nun  Aqrobiznes və İdarəetmə fakultəsinin Menecment ixtisasının 4-cü kurs tələbəsi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin Baş Katibi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.