Etmt. news portalının fəaliyyətə başladığı bu illər ərzində redaksiyamıza giley xarakterli və ya sadəcə, şikayətlər yer almış onlarla məktub daxil olmuşdur. Bunlar təsadüfi xarakter daşıyan müraciətlər olsa da, bizim onlara aldanacağımıza və bu məlumatları dərc edəcəyimizə istiqamətlənən cəhdlərdir. Lakin, bir şeyin fərqində deyillər:- Bizim peşəkar bacarığımızı layiqincə qiymətləndirə bilmirlər. Fikirləşmirlər ki, bu məlumatlar onsuz da araşdırılacaq, təsdiqini tapmayacaq təqdirdə dərc olunmayacaqdır!
Redaksiyamıza belə müraciətlərin biri də GDU-nun Pedaqoji fakültənin Tədris metodiki şurasının sədri, dosent Ziyafət Vilayət qızı Bayramovanın adına açılmış saxta email poçt ünvanından daxil olmuşdur. Müraciət diqqətdən kənar qalmamış, orada qeyd olunan bütün “fakt”lar araşdırılmışdır. Ən gülməlisi də odur ki, Ziyafət müəllimənin bu məktubdan heç xəbəri də yoxdur. Necə ki, bu məktubu göndərən şəxs bir xanım pedaqoqun adı altınta gizlənərək, ləyaqətsiz işə əl atır, eləcə də digər alim və pedaqoqları saxta günahlarda suçlandıraraq, daha böyük ləyaqətsiz əmələ qol qoyur.
Bu məktub Gəncə Dövlət Universitetindən bizə daxil olan yeganə “donos” deyildir. Bütün məktublarda eyni dəst-xətt, eyni istək, tənqidin obyektləri olan eyni məsul şəxslər. Artıq belə məktublara öyrəşmişik və həmişə də onlara vaxt ayırmağı artıq iş hesab etmişik. Bu dəfə tam əksinədir. Fikirləşirik ki, bu məktubları göndərməklə, bizə sanki, təhqiramiz jest edənlərin layiqli cavabını vermək vaxtı artıq çatmışdır.
Hərdən fikirləşirik, niyə bu xarakterli məktublar məhz GDU-dan gəlir? Açıq mətnlərlə guya ki, faktları açıqlayan insanlar niyə başqa-başqa yalançı imzalarla (bu insanları zərbə altına qoyduqlarını anlasalar da) bu müraciətləri saytlara ötürürlər? Bunu vicdanlarına necə sığışdıra bilirlər? İnsan hansı xislətə malik olmalıdır ki, sadə dillə desək, öz iş yoldaşlarının, həmkarlarının adının altında gizlənərək, əksər hallarda heç özünü doğrultmayan məlumatları dərc etdirməyə cəhd etsin? Yazılanlar doğru olsa belə, bunu alim adına necə sığışdıra bilirlər? Bu, heç insanlığa yaraşan bir əməl deyil. Onların neçə “maska”sı var, ümumiyyətlə, bu bacarığı onlar hansı peşəkar fəaliyyət zamanı qazana biliblər? Başqa iş-gücləri yoxmu?!. GDU adlı təhsil ocağı belə simasızlar üçün hansı münbit şəraitə malikdir ki, onların tapılıb-aşkar olunması belə bir müşkül məsələyə çevrilmişdir? Fikrimizcə, bu alimlər mütləq tapılıb, cəzalandırılmalıdır!
Bununla yanaşı bu illər ərzində donos xarakterli məlumatları yayanların hələ də ifşa olunmadığının şahidi olmuşuq. Adlar çəkilir, qınanılır, bir-birinin ardınca qarşılıqlı ittihamlar, üzləşmələr, təhqirlər… Sanki, onlar heç məşhur bir təhsil ocağının alimləri deyil, hansısa striptiz klubunun “çılpaq” işçiləridir… İnsanı iyrəndirən frazalar, öz doğma təhsil ocağına, aparıcı mütəxəssislərin ünvanına söylənilən təhqiramiz ifadələr… daha nələr, nələr… Hətta, çalışdıqları ali təhsil ocağının rəhbərliyini belə təhqir etməkdən çəkinmirlər. Cəzasızdırlar?
Yalançı imzalarla portalımıza məlumatlar ötürən bu insanlar bizim fəaliyyətimizi öz arşını ilə ölçməyə cəhd edir, bununla da biz yazarları ələ salmış olurlar. Xatırladırıq- bununla siz, bizləri özünüzə düşmən etmiş olursunuz! Əgər alimlik fəaliyyətinizi davam etdirmək sizin üçün çətin, ağır bir işə çevrilibsə, onda, özünüzə digər fəaliyyət sahəsi seçin. Yada ki, söz azadlığından ləyaqətlə istifadə etməyi öyrənin!
Məktubda Pedaqoji fakültənin hazırki dekanı Bayram Apoyev haqqında faktlara söykənməyən , həyatda təsdiqini tapmayan ittihamlar irəli sürülür. Məktubda “Doktorluq dissertasiyasını məşhur pedaqoq, professor Akif Abbasov yazıb. Bayram Apoyevin özünün bu dissetasiasiya işindən ümumiyyətlə, xəbəri belə yoxdur. Müdafiə etdiyi işin təsdiqi üçün tələb olunan elmi məqalə saxta Tomson Reyters jurnalında nəşr olunub”. –yazaraq xüsusi vurğulayan “müəllif” in yəqin ki, dissertasiya müdafiəsinin mahiyyətinin məhz nədən ibarət oldundan xəbəri yoxdur, Bayram Apoyevin ölkədə yeganə Nizamişünas alimlərdən olduğunun fərqində deyil, bunu heç gözü də götürmür. Çünki… o savad və qabiliyyət onda yoxdur, dahi şairə hörmət və ehtiram hissindən də məhrumdur.
“Bayram Apoyev kimdir? Bu şəxsin fəaliyyəti haqqında bir az ətraflı məlumat vermək istəyirik” yazan şəxsə sözümüz də var. – Əgər bu neçə ildə beş-altı addımlığında işləyib çalışan Bayram Apoyevi tanıya bilməyibsənsə, sənin o universitetdə nə işin var? Utanıb yerə girmək sənin üçün beləmi çətin işdir?
“Kollektivin nifrətini qazanmış bir şəxsi? Bayram Apoyevi yenidən dekan seçmək istəyirlər”. – yazan hörmətli-hörmətsiz müəllif, heç olmasa səndən və curlarından başqa ona nifrət edən bir şəxs göstərsən, bu yazını gizli adla yazmağa belə ehtiyac qalmayacaqdı.
“Hal-hazırda görkəmli filoloqlar Nizami yaradıçılığında nəyi isə axtarıb tapa bilmirlər,çünki bu böyük şair ətraflı tədqiq olunub. Bu coğrafiya müəlliminin doktorluq dissertasiyasının mövzusu Nizami Gəncəvinin yaradıcılığı ilə əlaqəlidir.”- yazan şəxs, bil ki, Nizami elə bir dəryadır ki, yüz illərdir tədqiq olunur, hələ olunacaq da. Sizi narahat edən nədir, Nizaminin əsərlərinin tədqiqi, yoxsa, tədqiqatçı? Yoxsa, onun milliyəti? Siz irqçisiniz, faşistsiniz? Sizdən başqa Azərbaycanda heç kim yaşayıb, yaradıb, fəaliyyət göstərmək hüququna malik deyildir? Onda, heç olmasa yararlı bir elmi iş ortalığa qoyun, vətənə xidmət göstərin, elmə yenilik gətirin!
Bayram Apoyev Azərbaycanda Nizamişünas alim kimi 5 sanballı əsər müəllifidir. Bu əsərlərə ölkəmizin ən böyük , tanınmış alimləri, akademiklər ön söz, rəy yazıb, dəyərli kitablar olduğunu bildirib. Apoyev soyadı artıq ölkəmizdən kənarda da tanınmış, adı hörmətlə çəkilən alimin soyad;dır. Sən isə qadın adının altında öz ambisiyanı (yaxud ambisiyalarınızı) beynimizə yeridənsiniz. Bizi nəyə inandırmağa çalışırsınız? Ki, biz də sizin tayınızıq? Xeyr, biz sizdən deyilik. Biz vətən oğluyuq. İrqçi, yerlipərəst, donospərəst deyilik. Yazırıq, altında da ad-soyadımızı qeyd edirik!
Sizlərin cəhdi xalqları qarşı-qarşıya qoymaq cəhdidir. Sizinlə jurnalistlər deyil, qara maskalılar məşğul olmalıdır. Çünki, bu məktub guya ki, həm də ölkəmizin rəhbərliyinə ünvanlanmışdır. Amma bilirik, yalnız hansısa özündənrazı sayt işlədənlərdən (onlara rəhbər demək istəməzdim) uzağa istiqamətlənməyib.
Sonda bu saxta məktubu dərc edən KİV nümayəndələrinə də öz iradımı bildirmək istərdim. İşləyin, amma, hərdən mətbuat qanunlarını da oxuyun. Yoxsa, bu günə düşməzsiniz!
Aşağıda verilən səs yazısı dosent Ziyafət Bayramovaya məxsusdur. Saxta məktubu dərc edən sayt “başkan”ına öz iradlarını bildirir!..
Ruhulla Zahidov, yazıçı-jurnalist.