Gəncə Dövlət Filarmoniyasında “Musiqinin gücü” layihəsi təqdim olunacaq

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə “Musiqinin gücü” layihəsi təqdim olunacaq.
Milli Musiqi Gününə həsr olunan və 18-20 sentyabr 2024-cü il tarixlərində saat 18:00-da keçiriləcək layihə çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Alətləri Ansamblı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin konsert proqramları baş tutacaq.
“Musiqinin gücü” layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir.
Qeyd edək ki, keçiriləcək konsertlərə giriş sərbəstdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.