Gələn il yeni Peşə Təhsil Mərkəzləri istifadəyə veriləcək – Nazirlik

Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən , iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığının təmin edən aparıcı təhsil pilləsidir. Son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü  islahatlar peşə təhsilinin  rolunun əhəmiyyətli  dərəcədə artırılmasına  təkan verib.

AzEdu.az  “Azərbaycan  Respublikasında  təhsilin inkişafı  üzrə  Dövlət Strategiyası”nın   5 illik  hesabatını təqdim edir:

Peşə təhsili

2016-cı ildə Təhsil Nazirliyi yanında  Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb.

“Azərbaycan Respublikasında  peşə təhsili  və təliminin  inkişafına dair  Strateji  Yol Xəritəsi” təsdiq olunub, “ Peşə  təhsili haqqında”  Qanun qəbul edilib.

Peşə təhsili  pilləsinin  3 səviyyəsi – ilk peşə, texniki peşə  və yüksək  peşə təhsili müəyyən olunub. Təhsilalanlara  tələbə statusu, yüksək  texniki  peşə təhsili  alanlara sub-bakalavr peşə-ixtisas  dərəcəsi  verilib.

Peşə təhsili  müəssisələrinə qəbulda  şəffaflığın  və  vətəndaşların rahatlığının təmin edilməsi  məqsədilə  bütün ölkəni əhatə edən  “ASAN Peşə” layihəsi həyata keçirilir.

İşəgötürənlərlə  pilot layihələr üzrə əməkdaşlıq  nəticəsində  turizm-xidmət  sektoru  üzrə  məzunların 62.3 faizi, informasiya texnologiyaları  sektoru  üzrə  73 faizi, xidmət sahəsi  üzrə 68.4 faizi işlə təmin edilib.

Gəncə, Qəbələ, Qax, Bərdə, İsmayıllı və Cəlilabadda peşə təhsili müəssisələrində  infrastrukturun müasirləşdirilməsi , kurikulumların hazırlanması  və təlimlərin keçirilməsi üzrə Avropa  İttifaqının 4 qrant layihəsinin icrasına  başlanılıb.

60 peşə təhsili müəssisəsində  çalışan 2 minədək müəllim və istehsalat  təlimi ustasının  bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi  aparılıb. Onların həftəlik  dərs yükü  norması  1,5 dəfə, aylıq  vəzifə  maaşı ortas hesabla 2 dəfə artırılıb.

Peşə təhsili üzrə 136 modul tədris vəsaiti, 55 yeni dərslik, 94 ixtisas üzrə  təhsil proqramı  hazırlanıb.

55 peşə təhsili müəssisəsinin bazasında  müxtəlif  istiqamətlər  üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.

Kənd təsərrüfatı və turizm sahəsi üzrə  ixtisaslaşmış Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilib.

Mingəçevir şəhərində  “ASAN Peşə”  Təhsil Mərkəzi fəaliyyətə  başlayıb.

Koreya təhsil standartları  əsasında  tikintisinə  başlanılan Sənaye və İnnovasiyalar  üzrə Peşə Təhsil Mərkəzi  2019-2020-ci tədris  ilində istifadəyə veriləcək.

Günel Yaşarqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.