Həmid Nəsirov ilə bağlı feyk xəbərlər kimə və nə üçün lazımdır?

Mətbuatda Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirovun Baş Prokurorluqda dindirilməsi və guya ki, saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Mövzu ilə bağlı jurnalist araşdırması aparmaq üçün idarənin rəisi Həmid Nəsirov ilə əlaqə saxladıq. İdarə rəisi bu məlumatların həqiqəti əks etdirmədiyini və yalan xəbərlər olduğunu bildirdi. Hal- hazırda idarənin rəisi Həmid Nəsirov işinin başındadır və fəaliyyətini davam etdirir. Onunla telefon söhbətimizdə hüquq-mühafizə orqanlarında dindirilməsi ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyi bir daha vurğulandı.
Bəs yalan məlumatlar nə üçün və hansı məqsədlərlə ictimaiyyətə ötürülür? Əslində yalan (feyk) məlumatlar nədir və nəyə istiqamətlənir?
İndi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır. Bu da müsbət haldır. Amma bununla bərabər, dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir.
Fake News bizim dilə hərfi tərcümədə saxta xəbərlər deməkdir. Azərbaycanda da tez-tez qarşılaşdığımız bir haldır. Saxta xəbərlər jurnalistikanın bir növüdür və qəsdən yaradılmış yalan informasiyadır. Bu məlumatlar vasitəsilə sarı media orqanları öz saytlarına çoxlu real istifadəçi cəlb edirlər. Dünyanı cənginə almış feyk, yəni, yalan xəbərlərdən ən çox Azərbaycan əziyyət çəkir. Bu, bizim mediada artıq adi bir hal sayılır və bu, yalan məlumatları insanlara sırıyan media işçiləri tərəfindən görülən haqsız bir işdir. Bizim, demək olar ki, hər birimiz belə haqsızlıqdan əziyyət çəkir. Bununla mübarizə də özünü azərbaycanlı sayan hər bir insan üçün vacib bir işdir.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi bu olay ilə bağlı ictimaiyyətə açıqlama vermişdir. Açıqlamada deyilir:
-“Bildiririk ki, Sfera.az və digər xəbər saytlarında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirovun Baş Prokurorluq tərəfindən guya saxlanıldığı və dindirildiyi haqqında həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumat paylaşılıb.
Qeyd edirik ki, əsassız paylaşılan məlumatlar həqiqəti əks etdirmir və rəsmi mövqeyi ifadə etmir. Baş İdarənin rəisi Həmid Nəsirov öz işindədir və fəaliyyətini davam etdirir. Bununla əlaqədar olaraq xəbər saytından və digər informasiya mənbələrindən xahiş edirik ki, dəqiqləşdirilməmiş məlumatlar paylaşmasınlar.
Hər hansı bir məlumatı paylaşmamışdan əvvəl aydınlaşdırılması üçün Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin ictimaiyyətlə bağlı sektoru ilə əlaqə saxlayıb informasiya dəqiqləşdirilməlidir”.
Mövzunu diqqətdə saxlayacağıq.
Etmtv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.