Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova “Tərəqqi” medalına layiq görülüb.
Təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova “Tərəqqi” medalına layiq görülüb. 27 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan Ə.Sevinc 8 ildir ki, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktorudur.
Fəaliyyəti dövründə mərkəzin müxtəlif qrupları yerli və beynəlxalq yarışlardsa qalib olmuşdur.
“Tərəqqi” medalına layiq görülən pedaqoq: “Hər zaman çalışdığım sahədə yeniliklər etmək, yüksək nəticələrlə xatırlanmaq istəmişəm. Düşünürəm ki, əksər hallarda buna nail olmuşam. Çalışdığım sahə birbaşa olaraq şagirdlərin müxtəlif istedadlarının üzə çıxarılması, onların kəşf olunması ilə bağlıdır. Faəliyyətimə yüksək dəyər verilməsi məni çox sevindirir. Etimad üçün təşəkkür edirəm.”